...

“Rəqib fiziki cəhətdən güclü idi”


19 yaşadək futzalçılardan ibarət Azərbaycan və Türkiyə yığmaları arasında dünən keçirilmiş yoldaşlıq oyununda çıxışı ilə rəğbət qazanan millimizin qapıçısı Vladislav Reznov qarşılaşma ilə bağlı azfutzal.az saytına açıqlama verib:

 

“Maraqlı oyun alındı. Birinci hissədə biz üstün idik. Bu üstünlüyümüz sayəsində fasiləyə qalib yollandıq. İkinci hissədə istədiklərimizi reallaşdıra bilmədik. Uşaqlar yoruldular. Fiziki baxımdan bir qədər axsayırıq. Rəqib bizi ancaq bu göstəricidə qabaqladı. Onlar fiziki gücün hesabına qələbə qazandılar. Onlarla bir oyunumuz da var. Səhvlərimizi analiz edib, düzəltməliyik. Adından da göründüyü kimi yoldaşlıq oyunudu. Martda bizi çətin sınaqlar gözləyir. Hamı bilir ki, Avropada zəif, asanlıqla udacağın komanda yoxdur. İndi əksər ölkələrdə futzala diqqət artıb, komandalar güclənməyə çalışırlar”.