...

İkinci Liqada da mövsümə start verildi


İkinci Liqada bu gün I tura start verilib.

Bakı İdman Sarayında günün ilk oyununda debütant SAB inamlı qələbə qazanıb. Debütantın ardından Hicran da yekunu öz xeyrinə başa vurub. Baku Fire-2 isə əzmkar qələbəyə sevinib. Belə ki, matçın sonuna 30 saniyə qalmış hesabda öndə olan Borçalı üstünlüyünü 20 saniyə ərzində əldən verib. Nəticədə əvvəlki iki debütantın uğurlu seriyasını davam etdirə bilməyən Borçalı meydanı xalsız tərk edib. “Atletiko Baku” isə dönüşünü böyükhesablı qələbə ilə qeyd edib. Sonrakı 3 oyunda qalib komanda hərəyə 6 qol vurub. Son çempion Obolon da mövsümə 3 xalla başlayıb. “Vəkillər”in “siftə”si də uğurlu alınıb. Turun son qələbəsini Rəvan aktivinə yazdırıb.

Gənclik İK – SAB 3:8

Gilan Construction – Hicran 2:3

Baku Fire-2 - Borçalı FK 4:3

Dalğa - Atletiko Baku 0:7

Xəzər – STAR kargo 6:1

Avanqard FK - Baker Hughes 6:2

Baker Tilly – Hövsan 6:1

Təbriz – Obolon 4:5

Bədr FK Xocalı – Advokat 1:3

Bibi - Heybət - Rəvan FK 0:6