23 fevral 2019-cu il tarixdə futzal üzrə Birinci Liqanın AZMİU – U-19 matçında U-19 komandasının üzvü Nurlan Mehdizadə oyunun 23-cü dəqiqəsində ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
24 fevral 2019-cu il tarixdə futzal üzrə İkinci Liqanın Baker Tilliy – Star Karqo oyununda Star Karqonun 84 N-li oyunçusu Anar Məmmədov oyunun 15-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq, meydançadan çıxdığı zaman hakimi təhqir etdiyi üçün 4 oyun cəzalanır (maddə 42.3).
22 fevral 2019-cu il tarixdə futzal üzrə Birinci Liqanın “Zəngilan” - “Baku Fans” görüşünün 25-ci dəqiqəsində “Baku Fans” klubunun məşqçisi Namiq İbrahimov texniki zona qaydalarını pozduğu üçün 1 oyun cəzalanır (maddə 48).
22 fevral 2019-ci il tarixdə futzal üzrə Birinci Liqanın “Çinar Cəbrayıl” – “Sabunçu” görüşünə “Sabunçu” komandası təyin olunduğu vaxtda gəlmədiyi üçün kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 56.1).
23 fevral 2019-cu il tarixdə Birinci Liqanın “Metropoliten” – “Sovetski” görüşünün 3-cü dəqiqəsində Fərid Şahbazov təhqiramiz ifadələr işlətdiyi, qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 42.1).