...

Rəqibimiz iki yoldaşlıq oyunu keçirəcək


19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığmasının əsas mərhələdəki rəqiblərindən olan Sloveniya millisi yoldaşlıq oyunları keçirəcək. Bu ölkənin futbol federasiyasının rəsmi saytında yerləşdirilən xəbərə görə, Serbiyanın müvafiq yaş qrupundan ibarət yığması ilə oyunlar martın 16-da və 17-də baş tutacaq.

Baş məşqçi yoldaşlıq matçları üçün bu oyunçulara dəvət göndərib: Max Vesel (FK Siliko), Jure Vetrih (FK Dobrepolje), Matej Ahçin (FSK Stripy), Vanç Florjančič (FK Stripy), Marko Mohoriç (FK Stripy), Timotej Debeljak (FC Litija), Marko Bjelçeviç (FC Litija), Tilen Gajser (ŠD Brezje), Jeremy Bukovec (ŠD Brezje), Matic Goznik (ŠD Brezje), Maks Vidmar (FK Siliko), Maks Rotar (FK Siliko), Tod Ciuha (FK Siliko).
Qeyd edək ki, yığmamız Sloveniya komandası ilə martın 30-da qarşılaşacaq.