Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib və futzalla bağlı aşağıdakı qərarlar qəbul edilib:
12 sentyabr 2018-ci il, futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasının I turunun “Xəzər-Cənub” – “Neftçi” İK İB matçının 40-cı dəqiqəsində “Neftçi” İK İB klubunun 6 №-li futbolçusu Mühəmməd Katebi ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
16 sentyabr 2018-ci il, futzal üzrə Azərbaycan çempionatının İkinci Liqasının I turunun “Bədr FK Xocalı” – “Advokat” matçının 26-cı dəqiqəsində “Bədr FK Xocalı” klubunun 7 №-li futbolçusu Ceyhun Mürşüdlü ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
16 sentyabr 2018-ci il, futzal üzrə Azərbaycan çempionatının İkinci Liqasının I turunun “Baker Tilly” – “Hövsan” matçının 16-cı dəqiqəsində “Hövsan” klubunun 4 №-li futbolçusu Ruslan Hüseynov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır.