9 mart 2019-cu il, futzal üzrə Yüksək Liqanın “Araz” – EKOL matçının 14-cü dəqiqəsində “Araz” klubunun 14 №-li futzalçısı Masoud Nasirzadehca ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
Oyunun 25-ci dəqiqəsində EKOL klubunun 7 №-li futzalçısı Ramiz Çovdarov təhqiredici ifadələr işlətdiyinə görə 3 oyun cəzalanır (maddə 42.1).
Oyunun 38-ci dəqiqəsində EKOL klubunun 77 №-li futzalçısı Faiq Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
8 mart 2019-cu il, futzal üzrə Birinci Liqanın “Standart” – “Sabunçu” matçında “Sabunçu” komandası iştirak etmədiyinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 56). Bu hal 3-cü dəfə təkrarlandığı üçün klub yarışlardan kənarlaşdırılır.
9 mart 2019-cu il, futzal üzrə Birinci Liqanın “Zəngilan” – U-19 matçının 8-ci dəqiqəsində U-19-un 3 №-li futzalçısı Tofiq Hüseynov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
Oyunun 21-ci dəqiqəsində U-19-un baş məşqçisi Ağatahir Əzimov hakimi təhqir etdiyinə görə 5 oyun cəzalanır (maddə 42.4).
10 mart 2019-cu il, futzal üzrə İkinci Liqanın “Təbriz” – “Xəzər” matçının 27-ci dəqiqəsində “Xəzər” klubunun 14 №-li futzalçısı Asim Şükürov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
10 mart 2019-cu il, futzal üzrə İkinci Liqanın “Advokat” – “Baker Hughes” matçının 30-cu dəqiqəsində “Baker Hughes” klubunun 7 №-li futbolçusu İlqar Səlimov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
10 mart 2019-cu il, futzal üzrə İkinci Liqanın “Bədr FK Xocalı” – “Obolon” matçının 30-cu dəqiqəsində “Bədr FK Xocalı” klubunun 7 №-li futzalçısı Ceyhun Mürşüdlü rəqibi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 42.1).
10 mart 2019-cu il, futzal üzrə İkinci Liqanın “Atletiko Baku” – “Borçalı” matçının 30-cu dəqiqəsində “Borçalı” klubunun 5 №-li futzalçısı Orxan Gülməmməmdli aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 38.3).
“Atletiko Baku” klubunun məşqçisi Zaur Səmədov və “Borçalı” klubunun məşqçisi Zöhrab Məmmədov biri-birini təhqir etdiklərinə görə hər iki şəxs 3 oyun cəzalanır (maddə 42.1).