Sabah Bakı İdman Sarayında Yüksək Liqanın II turunun oyunları keçiriləcək.
İki futzalçı oyunları buraxacaq. Söhbət “Neftçi” İK İB-nın üzvü Mühəmməd Katebidən və “Araz”ın hücumçusu Xətai Bağırovdan gedir. İranlı legioner “Xəzər Cənub”la oyunda ikinci sarı-qırmızı vərəqə aldığına görə meydana çıxmayacaq. İntizam Komitəsi onu bir oyunluq cəzalandırıb. X. Bağırovun cəzası isə ötən mövsümdən davam edir. “Xəzər Cənub”la dueldən sonra “Araz”ın üzvü komandasın kömək edə biləcək.