Futzal üzrə FİFA referisi Hikmət Qafarlı beynəlxalq təyinat alıb. O, Bosniya və Herseqovinada 19 yaşadək futzalçılar arasında keçiriləcək Avropa çempionatının əsas mərhələsinin oyunlarını idarə edəcək. Martın 26-dan 31-dək keçiriləcək oyunlarda meydan sahibləri ilə bərabər Portuqaliya, Moldova və serbiya futzalçıları mübarizə aparacaq.