...

İntizam Komitəsinin qərarları


17 mart 2019-cu il, futzal üzrə Azərbaycan birinciliyinin II Liqasının “Bibi-Heybət” – “Təbriz” matçının 18-ci dəqiqəsində “Bibi-Heybət” klubunun 1 №-li futbolçusu Elsevər Kərimov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48). “Bibi Heybət” klubunun inzibatçısı Asif Məmmədov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 62).
17 mart 2019-cu il, futzal üzrə Azərbaycan birinciliyinin II Liqasının “Bədr FK-Xocalı” – “Mübariz” matçının 24-cü dəqiqəsində “Bədr FK-Xocalı” klubunun 5 №-li futbolçusu Zaur Məmmədovun ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48). “Bədr FK-Xocalı” klubunun futbolçusu Ceyhun Mürşüdlü oyunun rəsmi şəxslərinin ünvanına təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanır (maddə 42.3).
17 mart 2019-cu il, futzal üzrə Azərbaycan II Liqasının “Baker Hughes” – “Borçalı” matçının 28-ci dəqiqəsində “Baker Hughes” klubunun 11 №-li futbolçusu Nicat Abdullayev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır  (maddə 38.3). Oyunun 28-ci dəqiqəsində “Borçalı” klubunun 13 №-li futbolçusu Anar Səlimov aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 38.3).
17 mart 2019-cu il, futzal üzrə Azərbaycan II Liqasının “Avanqard” – “Gilan” matçının 23-cü dəqiqəsində “Gilan” klubunun 7 №-li futbolçusu Elmir Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).