...

U-19 məğlubiyyətlə başladı


Avropa çempionatının əsas mərhələsində çıxış edən 19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığma komandası Kiprlə qarşılaşıb. Sloveniyadakı Podçetrtek İdman Sarayında keçirilən oyuna rəqib üstün başlayıb və fasiləyə qədər 4 cavabsız top vurub. İkinci hissədə də nominal qonaqlar fərqi artırıb. Turnirdə milli komandamızın ilk qolunu isə Hüseyn Qarayev rəqib qapısından keçirib. Qrupda keçirilmiş digər oyunda Hollandiya yığması Sloveniyadan güclü olub 5:4. Yığmamız qrupda növbəti oyununu sabah saat 19:30-da Hollandiya komandasına qarşı keçirəcək. Oyunu Damian Jaruchievicz (Polşa), Marko Rothenfluh (İsveçrə) və Yuri Neverov (Rusiya) idarə edəcək.

 

Azərbaycan – Kipr 1:7 (0:4)

27 mart. Podçetrtek İdman Sarayı. Saat 22:45

Hakimlər: Marko Tothenfluh (İsveçrə), İvo Tsenov (Bolqarıstan), Damian Jaruchievicz (Polşa)

Qollar: H. Qarayev, 35:47 // M. Loizou, 03:46, 18:17, T. El Kebbe, 07:58, V. Papadopoulos, 11:51, 26:18, Ç. Koulloupa, 25:25, 28:37

Sarı vərəqələr: İ. Pənahov, 35:01, R. Rüstəmov, 39:20

 

Azərbaycan: 1. Vladislav Reznov (q),2. İqbal Pənahov (k), 3. Tofiq Hüseynov, 4. Turan Əhmədov, 7. Nurlan Mehdizadə, 12. Niyaz Əhmədov (q), 5. Rauf Rüstəmov, 6. Sabir Həsənov, 8. Hüseyn Qarayev, 9. Rafael Mütəllimov, 10. Kənan Əsədli, 17. Nicat Quluzadə

Baş məşqçi: Ağatahir Əzimov

 

Kipr: 1. Georgios Eliades (q), 5. Çaris Koulloupa, 8. Savvas Poyiatzis, 10. Aleksis Tsitsos (k), 14. Mamas Loizou, 12. Kiriakos Economides (q), 2. Taha El Kebbe, 4. İlias Kypri, 6. Theodoros Papapanagiotou, 7. Dimitrios Angelis, 9. Stavros Tsampalas, 11. Vasilis Papadopoulos

Baş məşqçi: Krisostomos Krisostomou

 

 

Komandalar

O

Q

H

M

T/F

X

1

Kipr

1

1

0

0

7-1

3

2

Hollandiya

1

1

0

0

5-4

3

3

Sloveniya

1

0

0

1

4-5

0

4

Azərbaycan

1

0

0

1

1-7

0