19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığması Avropa çempionatının əsas mərhələsində növbəti oyununu keçirib. Hollandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığmamız 1:6 hesabı ilə məğlub olub. Bununla da millimiz final mərhələsində yüksəlmək şansını itirib. U-19 turnirdə son oyununu martın 30-da, saat 21:00-da Sloveniya yığmasına qarşı keçirəcək.
Hollandiya - Azərbaycan 6:1 (2:0)
28 mart. Podçetrtek İdman Sarayı. Saat 19:30
Hakimlər: Damian Jaruchievicz (Polşa), Marko Tothenfluh (İsveçrə), Yuri Neverov (Rusiya)
Qollar: K. Əsədli, 22:10 // K. Van Londen, 05:21, 10:16, F. Amheye, 21:03, M.Saber Ben Khalou, 23:36, 30:25, F. Hendriks, 39:40
Sarı vərəqələr: N. Quluzadə, 27:36, N. Mehdizadə, 37:33 // T. Taylor, 35:04
Hollandiya: 1. Youssef Ben Salem (q), 3. Fabian Hendriks, 6. Sabri Haruna Kabamba, 10. Mohamed Saber Ben Khalou, 11. Faikal Amheye, 12. Tom Sterkenburg (q), 2. Adnane El Terrahi, 4. Tim Taylor, 5. Kevin Van Londen, 7. Kolin Kamp (k), 8. Nabil Azzanagui, 9. Hamza Benali
Baş məşqçi: Hjalmar Hoekema
Azərbaycan: 1. Vladislav Reznov (q),2. İqbal Pənahov (k), 3. Tofiq Hüseynov, 7. Nurlan Mehdizadə, 10. Kənan Əsədli, 12. Niyaz Əhmədov (q), 4. Turan Əhmədov, 5. Rauf Rüstəmov, 6. Sabir Həsənov, 8. Hüseyn Qarayev, 9. Rafael Mütəllimov, 17. Nicat Quluzadə
Baş məşqçi: Ağatahir Əzimov