19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığması Avropa çempionatının əsas mərhələsində bu gün son oyununu keçirəcək. Komandamız Bakı vaxtı ilə saat 21:00-da Sloveniya yığması ilə qarşılaşacaq. Podçetrtek İdman Sarayında keçiriləcək oyunu Damian Jaruchievicz (Polşa), İvo Tsenov (Bolqarıstan) və Marko Rothenfluh (İsveçrə) idarə edəcək.