Bu gün Birinci Liqanın XXIII turunda daha 3 oyun keçirildi. Günün ilk oyunundan əvvəl 31 mart-azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Nəticələrə gəldikdə, “Füzuli” turnir cədvəlindəki qonşusundan güclü olub. “Çinar Cəbrayıl” da 3 xalı çətinliklə qazanıb. Günün son matçı isə kifayət qədər gərgin keçib. Komandalar fasiləyə “sülh”lə yollanıb. İkinci hissədə vurulan qollar “Green Log”a 3 xal qazandırıb.
Füzuli – Abşeron 7:2
Çinar Cəbrayıl – Yasamal MFK-B 8:4
Green Log – Metropoliten 7:3