19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının əsas mərhələsində son oyununu keçirib. Komandamız Sloveniya yığması ilə qarşılaşıb. Oyunda hesab 26-cı saniyədə açılıb. Rəqibin qoluna İqbal Pənahovla cavab vermək olardı. Di gəl kapitanın zərbəsindən sonra top dirəyin yanından meydanı tərk etdii. Sonrakı dəqiqələrdə üstünlüyünü artıran Sloveniya fasiləyə 5 cavabsı qol vuraraq yollanıb. İkinci hissədə də fərqi artıran təşkilatçı ölkə yekunda qələbə qazanıb. Qrupun digər oyununda Hollandiya və Kipr komandaları qarşılaşıb. Rəqibini 4:1 hesabı ilə məğlub edən hollandlar qrup qalibi kimi final mərhələsinə vəsiqə qazanıb.
Azərbaycan – Sloveniya (0:5)
30 mart. Podçetrtek İdman Sarayı. Saat 21:00
Hakimlər: Damian Jaruchievicz (Polşa), İvo Tsenov (Bolqarıstan), Marko Rothenfluh (İsveçrə)
Qollar: İ. Pənahov, 39:21 // M. Goznik, 0:26, M. Bjelçeviç, 11:19, 29:30, T. Gajser, 14:32, 38:18, T. Debeljak, 15:55, M. Mohoriç, 18:17, T. Ciuha, 27:40, V. Florjançiç, 31:57
Sarı vərəqə: İ. Pənahov, 22:11, N. Quluzadə, 34:16
Azərbaycan: 1. Vladislav Reznov (q), 2. İqbal Pənahov (k), 3. Tofiq Hüseynov, 7. Nurlan Mehdizadə, 10. Kənan Əsədli, 12. Niyaz Əhmədov (q), 4. Turan Əhmədov, 5. Rauf Rüstəmov, 6. Sabir Həsənov, 8. Hüseyn Qarayev, 9. Rafael Mütəllimov, 17. Nicat Quluzadə
Baş məşqçi: Ağatahir Əzimov
Sloveniya: 12. Maks Vidmar (q), 3. Matic Goznik, 6. Tilen Gajser, 10. Timotej Debeljak (k), 13. Jeremy Bukovec, 1. Jure Vetrih (q), 2. Matej Ahçin, 4. Maks Vesel, 8. Vanç Florjançiç, 11. Marko Bjelçeviç, 14. Marko Mohoriç, 15. Tod Ciuha
Baş məşqçi: Andrej Doboviçnik
.
№ |
Komandalar |
O |
Q |
H |
M |
T/F |
X |
1 |
Hollandiya |
3 |
3 |
0 |
0 |
15-6 |
9 |
2 |
Sloveniya |
3 |
2 |
0 |
1 |
19-6 |
6 |
3 |
Kipr |
3 |
1 |
0 |
2 |
8-11 |
3 |
4 |
Azərbaycan |
3 |
0 |
0 |
3 |
3-22 |
0 |