25 mart 2019-cu il, futzal üzrə Yüksək Liqasının Araz – Yasamal MFK matçında “Yasamal” MFK komandası iştirak etmədiyinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 56). Bu hal 3-cü dəfə təkrarlandığına görə klub yarışlardan kənarlaşdırılır. 2 aprel 2019-cu il, futzal üzrə Yüksək Liqanın EKOL – “Xəzər Cənub” matçının 18-ci dəqiqəsində “Xəzər Cənub” klubunun 7 №-li futzalçısı Hadı Rezvan ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılmışdır. Lakin oyunun protokoluna baxdıqda futzalçının oyun ərzində iki sarı vərəqə almadığı müəyyən olunmuşdur. Futzalçıya göstərilən sarı vərəqənin birinci olmasını və oyunun hakiminin İntizam Komitəsinə raport yazaraq yanlışlığa yol verdiyini etiraf etdiyinə görə futzalçıya göstərilən qırmızı vərəqə İntizam Komitəsi tərəfindən ləğv olunur.