Dünən Yüksək Liqada II turun oyunları keçirilib. Meydana çıxdığı hər iki oyunda sarı vərəqə alan 3 futzalçı var. “Araz”dan Adəm Həbibov, “Yasamal” FK-dan Salar Şahnazi, “Xəzər Cənub”dan isə Omid Nabatın passivində hazırda 2 sarı vərəqə var. İlk oyunda iki sarı-qırmızı vərəqə almış və bir oyunluq cəzalandırılmış Məhəmməd Katebi, eləcə də ötən mövsümdən cəzası qalmış Xətai Bağırov növbəti turda meydana çıxa biləcəklər.