Bu gün Azərbaycan milli komandası növbəti yoldaşlıq oyunu keçirib. Latviya ilə qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Komandamızın hər iki qolunu Sezar Conatan vurub. Qeyd edək ki, bu komandalar arasında bir gün əvvəl keçirilmiş oyunda millimiz 3:1 hesabı ilə qələbə qazanmışdı.
Latviya – Azərbaycan (0:0) 2:2
Beynəlxalq yoldaşlıq oyunu
12 aprel. Liepaya Olimpiya Mərkəzi. Saat 19:00
Hakimlər: Eduard Ratkujins, İnqus Purins, Gunar Roga
Qollar: R. Raşçevskis, 30:51, M. Sens, 39:49 // S. Conatan, 29:05, 38:06
Latviya
12. Kaspars Nerets (q), 2. Arturs Yerofejevs, 3. Yanis Pastars, 9. Dmitris Borisovs, 5. Matis Babris, 1. Aigars Bondars (q), 4. Maksims Sens (k), 14. Germans Matjuşenko, 13. Artur Kuleşovs, 7. Romans Rozkovskis, 6. Aleksandrs Kuleşovs, 8. Riçard Raşçevskis, 11. Yuri Halimons, 10. Artur Strazdins
Baş məşqçi: Arturs Şketovs
Azərbaycan
12. Rövşən Hüseynli (q), 3. Teles Thaqo, 5. Fineo de Araujo, 14 Vitali Borisov (k), 16. Sezar Conatan, 1. Emin Kürdov (q), 2. Samir Həmzəyev, 7. Ramiz Çovdarov, 9. Oktay Rüstəmli, 10. Nihad İsmayılov, 11. Xətai Bağırov, 13. Kardosa Everton, 17. İsa Atayev
Baş məşqçi: Joze Alesio Da Silva