Bu gün Latviya ilə yoldaşlıq oyunu keçirən futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva qarşılaşma ilə bağlı azfutzal.az-a açıqlama verib:
“Dünən birinci hissə haqda dediklərimin bu gün əksini etdik. Oyuna nəzarət edə bilmədik, müdafiədə və hücumda çoxlu səhvlərə yol verdik. Uşaqlar yorğun idilər, düzgün düşünüb, icra edə bilmədilər. Rəqib isə bu gün çox istəkli idi, demək olar, səhvsiz oynadı. Qarşıda daha iki oyunumuz var”.