...

"Çox çalışmalıyıq ki, səhvlərimizi düzəldək"


Latviya ilə bu gün keçirilmiş oyundan sonra millinin qapıçısı Rövşən Hüseynli azfutzal.az saytına açıqlama verib:

“Dünənki oyunla müqayisədə bu gün meydana fərqli taktik ilə çıxmışdıq. Müdafiədən oynayıb, rəqibi əks-hücumda yaxalamalı idik. Ancaq oyunun gedişində baş məşqçi fikrini dəyişdi və pressinq tətbiq etməyimizi istədi. Oyuna aşağı templə başladıq. Uzaq yol qət etməyimiz, dünən oynamağımız, uzun müddət birgə matç etməməyimiz, hər iki oyunu fərqli zallarda keçirməyimiz oyunun axarına təsir edən amillərdəndir. Meydana ancaq ikinci hissədə uyğunlaşa bildik. Rəqib isə müdafiədə bu gün daha yaxşı oynadı, çox istəkli idilər. Bu da meydan sahibi olmaqlarından irəli gəlir.

Hər iki oyunda səhvlərimizi gördük. Dünya çempionatının oyunlarına qədər vaxtımız var. Çox çalışmalıyıq ki, səhvlərimizi düzəldək, oyunlara yaxşı hazırlaşaq”.