Futzal üzrə Azərbaycan milli komandası bu gün yoldaşlıq oyunu keçirib. Zrenjanin şəhərindəki “Kristal Zal”da Serbiya yığması ilə qarşılaşan komandamız fasiləyə Fineonun vurduğu qolla qalib yollanıb. İkinci hissənin əvvəlində rəqib qapısını ikinci dəfə silkələyən komandamızın heyətində Conatan fərqlənib. Serbiya yığması 40 saniyə sonra qollardan birinin əvəzini çıxsa da, bundan artığına gücü çatmayıb. Bu komandalar arasında növbəti oyun aprelin 16-da, Bakı vaxtı ilə saat 20:00-da Pozarevaç şəhərindəki idman mərkəzində keçiriləcək.
Serbiya – Azərbaycan (0:1) 1:2
Beynəlxalq yoldaşlıq oyunu
15 aprel. Zrenjanin. Kristal Zal. Saat 21:00
Hakimlər: Nebojsa Paniç, Vladan Raduloviç, Miloş Cakoviç
Qollar: V. Vesiç, 21:43 // F. de Araujo, 04:57, S. Conatan, 21:05
Sarı vərəqələr: N. Aleksiç, 09:12 // T. Thaqo, 15:20
Serbiya
12. Aleksa Antoniç (q), 3. Nikola Matijeviç, 4. Stefan Rakiç, 5. Vladan Vesiç, 11. Miloş Simiç (k), 23. Vladan Kolajiç (q), 2. Strahina Petrov, 6. Milan Mutavdziç, 7. Pavle Peşiç, 8. Aleksandr Pavloviç, 9. Yovan Lazareviç, 10. Veroljub Vukadinoviç, 14. Ninoslav Aleksiç, 15. Lazar Marinkoviç,
Baş məşqçi: Qoran İvançiç
Azərbaycan
12. Rövşən Hüseynli (q), 3. Teles Thaqo, 5. Fineo de Araujo, 13. Kardosa Everton, 16. Sezar Conatan, 1. Emin Kürdov (q), 2. Samir Həmzəyev, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev, 9. Oktay Rüstəmli, 10. Nihad İsmayılov, 11. Xətai Bağırov, 14 Vitali Borisov (k), 17. İsa Atayev
Baş məşqçi: Joze Alesio Da Silva