...

İntizam Komitəsinin qərarları


03 aprel 2019-cu il, futzal üzrə ikinci Liqanın “Obolon” – “Advokat”   matçının 15-ci dəqiqəsində “Advokat” klubunun məşqçisi Fuad Rzayev hakimi təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanır (maddə 42.4).

 

14 aprel 2019-cu il, futzal üzrə İkinci Liqanın “Star Karqo” – “Atletiko Baku” matçının 15-ci dəqiqəsində “Starkarqo” matçının 97 №-li futbolçusu Şamil Ramazanov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

 

14 aprel 2019-cu il, futzal üzrə İkinci Liqanın “Gilan Construction” – “Gənclik” İK matçının 27-ci dəqiqəsində “Gənclik” İK klubunun 20 №-li futbolçusu Pərviz Mirzəzadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

 

14 aprel 2019-cu il, futzal üzrə İkinci Liqanın “Xəzər Astara” – “Bədr FK Xocalı” matçının 28-ci dəqiqəsində “Xəzər Astara” klubunun 14 №-li futbolçusu Yaşar Ağayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

 

12 mart 2019-cu il, futzal üzrə Birinci Liqanın AZMİU – “Metropoliten” matçının 25-ci dəqiqəsində AZMİU klubunun 6 №-li futbolçusu Heydər Mustafazadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48). Oyunun 30-cu dəqiqəsində AZMİU klubunun 16 №-li futbolçusu Hakan Erik hakimlər briqadasın təhqir etdiyinə görə qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanır (maddə 42.1).

      

19 aprel 2019-cu il, futzal üzrə Birinci Liqanın ADBTİA – “Sovetski” matçında “Sovetski” komandasanın iştirak etmədiyinə görə  kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).