Bu gün Birinci Liqada II turun 4 oyunu keçirilib.
Turun açılış qarşılaşması məhsuldar alınıb və “Abşeron” 5 top fərqi ilə qalib gəlib. “Baku Fire” isə rəqibini 6 dəfə meydanın mərkəzinə dəvət edib. Düzdü, qalib komanda fasiləyə qədər cəmi 1 qol vurub. Ancaq ikinci hissədə daha 5 dəfə bunu bacaran “Baku Fire” qapısını toxunulmaz saxlayıb. Günün üçüncü oyunu daha gərgin keçib. “Metropoliten” iki dəfə hesabda önə keçsə də, rəqib hər ikisində tarazlığı bərpa edib. Elə fasiləyə də tərəflər “sülh”lə yollanıb. İkinci hissədə də oyunun axarı dəyişməyib. Düzü, “Metropoliten” bu dəfə 2 top fərqli üstünlük qazansa da, sonradan rəqibin bu sayda qol vurmasına mane ola bilməyib. Maraqlıdır ki, “Metropoliten” qələbəni sona 28 sanıyə qalmış əldən verib. Günün son matçı da maraqlı keçib. Düzdü, “idmançılar” böyükhesablı qələbə qazanıb. Amma “Baku Fans”ın sona qədər mübarizə apardığını qeyd etməliyik.
Abşeron – Çinar Cəbrayıl 9:4
Baku Fire – Yasamal FK B 6:0
Şərq – Metropoliten 5:5
Baku Fans – ADBTİA 1:6
Tura sabah yekun vurulacaq. Oyun cədvəlini diqqətinizə çatdırırıq:
22 sentyabr
Saat 18:00 Ulduz - Sovetski FK
Hakimlər: Yusif Nurullayev, Rahin Heybətov
Hakim-inspektor: Elcin Kazımov
Saat 19:00 Zəngilan FK – AZMİU
Hakimlər: Elçin Səmədli, Anar Fərəcov
Hakim-inspektor: Nazim Qaracayev
Saat 20:00 U-19 - Green Log
Hakimlər: Elçin Səmədli, Anar Fərəcov
Hakim-inspektor: Nazim Qaracayev
Saat 21:00 Füzuli FK – Standard
Hakimlər: Hikmət Qafarlı, Əli Cəbrayılov
Hakim-inspektor: Əliəvəz Cabbarov