Bu gün UEFA Çempionlar Liqasının yeni qalibi müəyyənləşib. “Sportinq” komandası ilk dəfə bu turnirin qalibi olub.
Məlumat üçün qeyd edək ki, yarış 2002-ci ildən keçirilir. İlk turnirin finalında 8 komanda yarışıb və kuboku “Kastellon” əldə edib. Sonrakı 4 mövsümdə çempionun adı bir yox, iki matçın yekununda müəyyənləşib. 2007-ci ildən etibarən “Dördlər Finalı” keçirilib. Ötən yaya qədər UEFA Futzal Kuboku adlandırılan yarışın ən çox qalibi İspaniyanın “İnter” komandası olub. Onlar 5 dəfə titula sahib çıxıblar. İndiyə qədərki qalibləri diqqətinizə çatdırırıq:
UEFA Çempionlar Liqası
2019 (Almatı) Sportinq (Portuqaliya) Kayrat Almatı (Qazaxıstan) 2:1
UEFA Kuboku
2018 (Zaraqoza) İnter (İspaniya) - Sportinq (Portuqaliya) 5:2
2017 (Almatı) İnter (İspaniya) - Sportinq (Portuqaliya) 7:0
2016 (Guadalajara) Yuqra Yuqorsk (Rusiya) - İnter (İspaniya) 4:3
2015 (Lissabon) Kayrat Almatı (Qazaxıstan) - Barsa (İspaniya) 3:2
2014 (Bakı) Barsa (İspaniya) - Dinamo (Rusiya) 5:2
2013 (Tbilisi) Kayrat Almatı (Qazaxıstan) - Dinamo (Rusiya) 4:3
2012 (Lleyda) Barsa (İspaniya) - Dinamo (Rusiya) 3:1
2011 (Almatı) Montesilvano (İtaliya) - Sportinq (Portuqaliya) 5:2
2010 (Lissabon) Benfika (Portuqaliya) - İnter (İspaniya) 3:2
2009 (Yekaterinburq) İnter (İspaniya) Sinara Yekaterinburq (Rusiya) 5:1
2008 (Moskva) Sinara Yekaterinburq (Rusiya) - Mursiya (İspaniya) 4:4, pen. 3:2
2007 (Mursiya) Dinamo (Rusiya) - İnter (İspaniya) 2:1
İki oyundan ibarət finallar
2006 İnter (İspaniya) - Dinamo (Rusiya) 6:3 // 3:4
2005 Action 21 Çarleroi (Belçika) - Dinamo (Rusiya) 4:3 // 6:6
2004 İnter (İspaniya) - Benfika (Portuqaliya) 4:1 // 3:4
2003 Kastellon (İspaniya) Action 21 Çarleroi (Belçika) 1:1 // 6:4
8 komandalı final mərhələsi:
2002 (Lissabon): Kastellon (İspaniya) - Action 21 Çarleroi (Belçika) 5:1