...

İntizam Komitəsinin qərarları


4 may 2019-cu il, futzal üzrə Yüksək Liqanın EKOL – “Araz” matçının 29-cu dəqiqəsində “Araz” klubunun 11 №-li futbolçusu Xətai Bağırov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37.1).

3 may 2019-cu il, futzal üzrə Birinci Liqanın “Standard” - "Green Log" matçının 20-ci dəqiqəsində “Green Log” klubunun 8 №-li futzalçısı Saleh Əzizov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 42.3).

3 may 2019-cu il, futzal üzrə Birinci Liqanın “Sovetski” – U-19 matçında “Sovetski” komandası iştirak etmədiyinə görə  kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 56).