Yüksək Liqada III tur çərçivəsində keçiriləcək bir oyunun məkanı dəyişdirilib. Belə ki, sentyabrın 26-da, saat 11:30-da keçiriləcək “Yasamal” İSK – “Araz” oyunu əvvəlcədən nəzərdə tutulduğu Bakı İdman Sarayında deyil, Olimpik Starda baş tutacaq. Turun digər iki oyununun məkanı isə Bakı İdman Sarayı olacaq. Saat 18:30-da “Liman” – “Neftçi” İK, saat 20:30-da isə “Xəzər Cənub” – EKOL matçı keçiriləcək.