Mayın 23-də futzal üzrə Azərbaycan kubokunda 2018/2019-ci il mövsümünə yekun vurulacaq. Qalib adı uğrunda EKOL və “Advokat” qarşılaşacaq.
Əvvəlki 24 kubok mövsümündə 10 komanda yarışın qalibi olub. Müxtəlif adlarla çıxış edən “Neftçi” hamıdan çox – 6 dəfə (1994/95, 1995/96, 2009/10, 2012/13, 2013/14, 2016/17) kuboku başı üzərinə qaldırıb. Araz” 5 dəfə (2004/05, 2005/06, 2006/07, 2007/08, 2008/09) bu mükafata sahib olub.
Digər kubok sahiblərindən EKOL 3 (2010/11, 2011/12, 2015/16), “Avtomobilçi” (1996/97, 1997/98), “Azərneftyanacaq” (1999/00, 2000/01) və “Gömrükçü” (2001/02, 2002/03) hərəyə 2 dəfə kubokun qalibi adına yiyələnib. Dörd komanda isə bir dəfə belə uğura nail olub. “Nabspor” 1998/99, “Turan AİR” 2003/04, “Fənər” FK 2014/15 və “Marafon Futsal” 2017/18 mövsümündə kuboku qazanıb. Maraqlıdır ki, kubokun son qalibi, eləcə də finalçı komanda cari mövsümdə iştirak etmir.
Azərbaycan kubokunu
Mövsüm Kubokun sahibi
1994/95 “Neftçi”
1995/96 “Neftçi”
1996/97 “Avtomobilçi”
1997/98 “Avtomobilçi”
1998/99 “Nabspor”
1999/00 “Azərneftyanacaq”
2000/01 “Azərneftyanacaq”
2001/02 “Gömrükçü”
2002/03 “Gömrükçü”
2003/04 “Turan” AİR
2004/05 “Araz”
2005/06 “Araz”
2006/07 “Araz”
2007/08 “Araz”
2008/09 “Araz”
2009/10 “Neftçi” İSM
2010/11 EKOL
2011/12 EKOL
2012/13 “Neftçi” İSM
2013/14 “Neftçi” İSM
2014/15 “Fener” FK
2015/16 EKOL
2016/17 “Neftçi” İK
2017/18 “Marafon Futsal”