...

UEFA “Araz”ı B-dən A yoluna keçirdi


UEFA bu gün klubların reytinq cədvəlində dəyişiklik edib. Bir müddət əvvəl yeni mövsümə əsas mərhələnin B yolunda başlayacağı haqda yarışın vikipediyasında məlumat yerləşdirilsə də, bu gün rəsmi saytda açıqlanan yeni reytinq cədvəlinə əsasən, təmsilçimizin A yolunda yarışacağı müəyyənləşib. Buna səbəb bəzi ölkələrin çempionlarının reytinq cədvəlində “Araz”dan sonrakı pillələrdə qərarlaşmasıdır. Beləliklə təmsilçimiz reytinq cədvəlində 12.500 xalla 10-cü sırada yer alıb ki, bu da A yolunda mübarizə aparmağa imakn verir. A yolunda bu komandalar çıxış edəcək:

“Sportinq” (Portuqaliya) – son qalib,

1. “Barça” (İspaniya)

2. “Kayrat” (Qazaxıstan)

3. “Benfika” (Portuqaliya)

4. “Murcia” (İspaniya)

5. “Ekonomaç” (Serbiya)

6. “Halle Gooik” (Belçika)

7. “Ayat” (Qazaxıstan)

8. “Tümen” (Rusiya)

9. KPRF (Rusiya)

10. “ARAZ” (AZƏRBAYCAN)

11. “Doboveç” (Sloveniya).....

....16.Berettyoujfalu” (Macarıstan)

17. “Xerson” (Ukrayna)

18. “Vytis” (Litva)

19. “Mostar” (Bosniya və Herseqovina)

Bu 16 komanda hər birində 4 iştirakçı olmaqla 4 qrupda mübarizə aparacaq. Burada yer alan komandalardan ilk 12-si ən yüksək reytinqə malik olduğuna görə, elit-raunda hər bir qrupdan 3 komanda vəsiqə qazanacq. Bir sözlə, ancaq qrup sonuncuları mübarizəni dayandıracaq.  

Bu mərhələnin oyunları 8-13 oktyabr tarixlərində keçiriləcək. Püşk isə iyulun 4-də atılacaq.