“Araz”ın UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümündəki rəqibləri iyulun 4-də keçiriləcək püşkatmada müəyyənləşəcək. Ancaq təmsilçimizin əsas mərhələdəki oyunlarını hansı ölkədə keçirəcəyi təxmini bəllidir.
Belə ki, A yolunda yarışacaq komandaların qrup oyunları bu 4 ölkədə keçiriləcək. Halle Gooik” (Belçika), “Doboveç” (Sloveniya), “Berettyoujfalu” (Macarıstan) və “Vytis” (Litva) oktyabrın 8-dən 13-dək keçiriləcək əsas mərhələnin qrup oyunlarını qəbul etmək niyyətindədir. Artıq UEFA evsahibi klubları təsdiqləyib. Bu o deməkdir ki, adları qeyd edilən 4 klub bir-birilə qarşılaşmayacaq. Hər biri fərqli qrupda yer alacaqlar və həmin qrupun oyunlarını qəbul edəcəklər. Deməli, "Araz" bu 4 ölkədən birinə səfər edəcək.