XƏBƏRLƏR
-
“Biz növbəti mərhələdə oynamaq istəyirik”
UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq “Araz-Naxçıvan”ın rəqibləri müəyyənləşib. Təmsilçimiz “Mostar”, həmçinin, ilkin mərhələdə D və F qrupunun qalibi ilə birgə 5-ci qrupda yer alacaq. Oyunlar 25-30 oktyabr tarixlərində Bosniya və Herseqovinada təşkil olunacaq. Baş məşqçi Joze Alesio da Silva azfutzal.az-a püşkü dəyərləndirib:
-
“Araz-Naxçıvan” 5-ci qrupda
Bu gün UEFA Çempionlar Liqasının 2022/23-cü il mövsümünün ilkin və əsas mərhələsinin püşkü atılıb. Mübarizəyə əsas mərhələdən start verəcək “Araz-Naxçıvan” B yolunda yarışacaq. 5-ci qrupda yer alan ölkə çempionu “Mostar”, ilkin mərhələdə D və F qrupunun qalibi ilə üz-üzə gələcək. Bu qrupun oyunları 25-30 oktyabr tarixlərində Bosniya və Herseqovinada keçiriləcək.
-
“Məqsədimiz aydındır”
Bu gün final mərhələsi 2024-cü ildə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə əsas mərhələsinin püşkü atılıb. 6-cı qrupda qərarlaşan Azərbaycan millisi elit-raunda yüksəlmək üçün Polşa və Yunanıstanla qarşılaşacaq. Millinin baş məşqçisi Joze Alesio da Silva püşkü azfutzal.az-a dəyərləndirib:
-
Millimizin bu komandalarla qarşılaşacaq
Bu gün final mərhələsi 2024-cü ildə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə əsas seçmə mərhələsinin püşkü atılıb. Reytinq cədvəlində 7-ci pillədə qərarlaşan və mübarizəyə əsas mərhələdən start verəcək Azərbaycan millisi 6-cı qrupda yer alıb, Polşa və Yunanıstan yığmaları ilə qarşılaşacaq.
-
Təmsilçimiz oyunlarını bu iki ölkədən birində keçirəcək
-
“Araz-Naxçıvan” bu komandalarla qarşılaşmayacaq
-
“Araz-Naxçıvan” əsas mərhələdən başlayacaq
UEFA Çempionlar Liqasının 2022/23-cü il mövsümünün ilkin və əsas mərhələsinin püşkü iyulun 7-də, saat 16:30-da atılacaq. Artıq iştirakçı klubların reytinq cədvəli açıqlanıb. Ölkə çempionu “Araz-Naxçıvan” mübarizəyə əsas mərhələdən start verəcək. Təmsilçimiz B yolunda mübarizə aparacaq ki, reqlamentə əsasən, yer aldığı qrupdan elit-raunda yalnız qrup qalibi vəsiqə qazanacaq. İlkin mərhələdə 32 komanda 8 qrupda yarışacaq. Yalnız öz qrupunda birinci pilləni tutacaq komandalar əsas mərhələnin B yolunda iştirak etmək hüququ qazanacaq.
-
Millimiz 1-ci səbətdə
Xəbər verdiyimiz kimi, iyulun 7-də, saat 15:30-da DÇ-2024-ün Avropa zonası üzrə əsas seçmə mərhələsinin püşkü atılacaq. Millimiz mübarizəyə bu mərhələdən start verəcək. Komandalar artıq səbətlərə bölünüb. Reytinq cədvəlində 7-ci pillədə məskunlaşan millimiz 1-ci səbətdə yer alıb. Bu isə o deməkdir ki, komandamız eyni səbətdə qərarlaşan komandalarla qarşılaşmayacaq.