XƏBƏRLƏR
-
“Transfer pəncərəsi”nin vaxtı uzadılıb
-
“Mübarizə aparmaq olar”
Xəbər verdiyimiz kimi, bu gün 19 yaşadək futzalçılardan ibarət milli komandalar arasında təşkil olunacaq sayca ikinci Avropa çempionatının püşkatma mərasimi keçirilib. Komandamız əsas mərhələdə Xorvatiya, Belarus və Latviya ilə üz-üzə gələcək. Qrup oyunları Xorvatiyada təşkil olunacaq. Rəqiblərlə bağlı U-19-un baş məşqçisi Ağatahir Əzimov azfutzal.az-a açıqlama verib:
-
“Araz-Naxçıvan” 6-cı qrupda
Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının püşkatma mərasimi keçirilib. Bu turnirdəki təmsilçimiz “Araz-Naxçıvan” 6-cı qrupunda yer alıb. Ölkə çempionu elit-raunda yüksəlmək üçün Uraqan İvano – Frankivsk (Ukrayna), Liqeni (Kosovo) və United Qalati (Rumıniya) komandaları ilə qarşılaşacaq. Bu mərhələnin oyunları 26-31 oktyabr tarixlərində Ukraynada keçiriləcək. Qrup mərhələsini birinci pillədə yekunlaşdıracaq komanda elit-raundda oynamaq hüququ qazanacaq.
-
Rəqiblər müəyyənləşib
-
U-19 üçün seminar
-
İştirakçılar səbətlərə bölünüb
Xəbər verdiyimiz kimi, avqustun 30-da, saat 18:00-da İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında Çempionlar Liqasının əsas mərhələsinin püşkü atılacaq.
Mübarizəyə ilkin mərhələdən start verən və əsas mərhələyə vəsiqə qazanan “Araz-Naxçıvan” B yolunda yer alacaq. B yolunda reytinq cədvəlinin 12-15 və 20-22-ci pillələrində qərarlaşmış 7 klub, onlara ilkin mərhələdə iştirak etmiş və qrup qalibi, eləcə də ən yaxşı ikinci yerin sahibi kimi qoşulacaq 9 komanda mübarizə aparacaq. Burada 16 komanda 4 qrupda yarışacaq. Əvvəlcədən evsahibliyi təsdiqlənmiş klublar fərqli qruplarda yer alacaqlar. Elit-raunda ancaq qrup qalibləri vəsiqə qazanacaqlar. Oyunlar oktyabrın 26-dan 31-dək keçiriləcək.
Onu da qeyd edək ki, “Araz-Naxçıvan” və Kampuksen Dinamo ilkin mərhələdə eyni qrupda yer aldığına görə, əsas mərhələdə rəqib ola bilməyəcəklər.
UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Kosovo Serbiya və Bosniya və Herseqovina, eləcə də Azərbaycan və Ermənistan təmsilçiləri bir-biri ilə eyni qrupda yer almayacaqlar.
-
“Araz-Naxçıvan” əsas mərhələdə
UEFA Çempionlar Liqasının ilkin mərhələsində mübarizəni yekunlaşdıran “Araz-Naxçıvan” komandası əsas mərhələyə vəsiqə qazanıb. Təmsilçimizin ən yaxşı ikinci yerin sahibi kimi mübarizəni davam etdirəcək. Ölkə çempionunun bu mərhələdəki rəqibləri avqustun 30-da müəyyənləşəcək.
-
Rizvan Fərzəliyevdən 69-cu oyun
UEFA Çempionlar Liqasının ilkin mərhələsində bu gün son oyununu keçirən “Araz-Naxçıvan”ın kapitanı Rizvan Fərzəliyev Lucionun rekorduna təkrarlamaqla yadda qalıb. Belə ki, həm də millimizin kapitanı olan Fərzəliyev Latviya çempionu “Raba” ilə dueldə 69-cu dəfə klub səviyyəsində beynəlxalq rəsmi görüş keçirib. O, ilk dəfə 6 oktyabr 2003-cu ildə bu turnirin keçmiş adı – UEFA Kubokunda debüt edib. Həmin vaxt kapitan AMMK-nın heyətində yer alıb. UEFA-nın rəsmi səhifəsi Rizvanın Lucionun 69 oyunluq rekordunu təkrarladığını qeyd edib.