XƏBƏRLƏR
-
“Çinar Cəbrayıl” və “Rayyan”dan ilk qələbə
Bu gün keçirilmiş oyunlarla Birinci Liqada III tura yekun vurulub. Günün ilk oyununda “Harmony Hotel” qələbə qazanıb. “Red Line” isə “tələbələr”i çətinliklə yenib. “Çinar Cəbrayıl” mövsümdə ilk qələbəsinə sevinib. “Rayyan” MFK – “Qarabağ Füzuli” dueli isə dramatik alınıb. Belə ki, ardıcıl qollar vuran “Qarabağ Füzuli” fasiləyə qədər 4:0-lıq üstünlüyünü qoruya bilməyib. “Rayyan”dan Kazımovla Hüseynov dubl ediblər. İkinci hissə də gərgin keçib. Nominal qonaqlar avtoqola sevinsə də, bu 1 dəqiqə çətib. “Rayyan” dərhal hesaba tarazlıq gətirib. Sonrakı qolları da bu komanda vurub. Məğlub olduğu oyunu lehinə çevirən “Rayyan” da mövsümdə qələbə “siftəsi” edib. “Standard” isə starda məğlub duruma düşsə də, böyükhesablı qələbə sayəsində zirəvdəki mövqeyini qoruyub.
-
Birinci Liqa: III tur (fotoreportaj-1)
-
“Xızı Yasamal” ilk xalını qazanıb
Bu gün Birinci Liqada III turun 5 oyunu keçirilib. Olimpik Starda ilk qələbəni “Forza Neftçi” qazanıb. “Ulduz”da günü 3 xalla qapayıb. Mən məhsuldar nəticəni isə ADBTİA aktivinə yazdırıb. Günün maraqlı oyunu “Xızı Yasamal” və “Baku Fans” komandaları arasında keçirilib. Hesabda öndə olan Yasamal futzalçıları üstünlüyünü sona qədər qoruya bilməsə də, meydanı xalsız tərk etməyib. Heç-heçə komandaya cari birincilikdə ilk xalını qazandırıb. Günün son oyununda “Star karqo” böyükhesablı qələbəyə sevinib. Amma gənclərdən qurulmuş “Baku Fire-2” mübarizliyi ilə yadda qalıb.
-
Bu gün 5 oyun keçiriləcək
Bu gün Birinci Liqada III tura start veriləcək. Tur çərçivəsində 5 oyun keçiriləcək. Matçlar Olimpik Starda baş tutacaq.
-
Caspian Cup: Azərbaycan - Qazaxıstan (video)
-
İL - II tur: fotoreportaj-2
-
İkinci Liqa, III tur: Təyinatlar
İkinci Liqada III turun oyunlarına təyinatlar açıqlanıb. Oyunlar sentyabrın 29-da Olimpik Starda keçiriləcək:
-
Caspian Cup-2019-un qalibi Rusiya oldu
Rusiyanın Həştərxan şəhərində təşkil olunmuş Caspian Cup-2019 turniri başa çatıb. Son oyunda İran millisini 9:3 hesabı ilə məğlub edən Rusiya yığması turnirin qalibi olub. İran gümüş, Qazaxıstan isə bürünc medal qazanıb. Yığmamız turniri sonuncu pillədə başa vurub.
Rusiya-İran qarşılaşmasından sonra mükafatlandırma mərasimi təşkil olunub. İqita (Qazaxıstan) ən yaxşı qapıçı, millimizin üzvü Eduardo Borges ən yaxşı müdafiəçi, Bahadur (İran) ən yaxşı hücumçu, Romulo (Rusiya) isə ən yaxşı oyunçu seçilib. Turnirin bombardiri Qazaxıstan millisinin üzvü Duqlas olub.
Mükafatları Rusiya mini-futbol federasiyasının prezidenti Emil Əliyev, Həştərxan vilayətinin bədən tərbiyəsi və idman naziri Maksim Fidurov, vilayətin mini-futbol federasiyasının rəhbəri Remir Muharramov təqdim ediblər.
Qeyd edək ki, 2017-ci ildə İranda keçirilmiş ilk turnirdə millimiz üçüncü pilləni tutmuşdu. Həmin vaxt qalib İran, gümüş medalçı isə Rusiya olmuşdu. Qazaxıstan isə dördüncü pillədə yer almışdı.