XƏBƏRLƏR
-
İkinci oyunda da məğlubiyyət
Minskdə təlim-məşq toplanışı çərçivəsində millimiz bu gün növbəti yoldaşlıq oyunu keçirdi. Belarus yığması ilə qarşılaşma Borisov şəhərində baş tudu. İlk oyunlar müqayisədə hər iki komandanın heyətində dəyişiklik vardı. Rəqibin 6, millimizin isə bir üzvü – Sezar Conatan klubun düşərgəsinə yollandığından bu matçda iştirak edə bilmirdi. Conatanın əvəzinə baş məşqçi Alesio “5-lik”də İsa Atayeva şans vermişdi.
Oyuna yığmamız sürətli başladı. Thaqonun zərbəsini qapıçı qaytarsa da, İsanın zərbəsi toru silkələdi. Amma bundan sonra meydan sahibləri təzyiqi artırdı. Kapitan 5-ci dəqiqədə status-kvonu bərpa etdi. Bundan sonra Alesio qapıçını meydan oyunçusu ilə əvəzlədi. Qapının boş olduğu məqamda müdafiədə kobud səhv rəqibin hesabı lehinə dəyişməsi üçün kifayət etdi. Kapitan dubl etdi. Bundan sonra komandada sanki çaşqınlıq yarandı. Rəqib bu məqamdan maksimum yararlandı və fərqi artırdı. Yevdokimov fasiləyə komandasının 2 top üstünlüklə yollanmasını təmin etdi.
İkinci hissənin əvvəlində dubl edən Yevdokimov fərqi 3 topa çatdırdı. Alesio yenə qapıçını meydan oyunçusu ilə əvəzlədi ki, bu funksiyanı Çovdarov yerinə yetirirdi. Topa nəzarəti əla alan millimiz sona 3 dəqiqə qalmış fərqi azaltdı. Thaqo toru silkələdi. Bir dəqiqə sonra Rizavn Fərzəliyevin zərbəsi dirəyin dibindən meydanı tərk etdi. Beləliklə millimiz Belarusla keçirdiyi ikinci oyunda da məğlub oldu.
-
Belarus – Azərbaycan: Heyətlər
Bu gün Bakı vaxtı ilə saat 19:00-da keçiriləcək Belarus – Azərbaycan oyunu üçün komandaların heyətləri:
-
Belarus yığması ilə növbəti oyun
Minskdə təlim-məşq toplanışını davam etdirən futzal üzrə Azərbaycan millisi bu gün Belarus yığması ilə növbəti yoldaşlıq oyunu keçirəcək. Bakı vaxtı ilə saat 19:00-da başlayacaq oyunu İqor Qriqorev, Valeri Şeptunov və Anatoli Volıneçdən ibarət hakimlər briqadası idarə edəcək.
Oyun sport-tv.by və mini.football.by saytları vasitəsilə canlı yayımlanacaq.
-
YO. Belarus - Azərbaycan (video)
-
“Bu səhvlər mövsümün əvvəlinə xarakterikdi”
Belarus yığması ilə yoldaşlıq oyunu keçirən Azərbaycan millisinin üzvü Xətai Bağırov azfutzal.az saytına müsahibə verib:
-
"Sadəcə, oyunçuların yanaşması məni qane etmədi
Belarus yığması ilə yoldaşlıq oyunu keçirən Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva azfutzal.az və affa.az-a açıqlama verib:
-
YO. Belarus - Azərbaycan (fotoreportaj)
-
İlk oyunda məğlubiyyət
Bu gün millimiz Minskdəki təlim-məşq toplanışı çərçivəsində ilk yoldaşlıq oyununu keçirib. Komandamız Belarus yığması ilə qarşılaşıb. Zədəli olduğuna görə Fineo, eləcə də Kardoso Everton və Amadeu Minskə yollanmamışdı. MAPİD İdman Kompleksində keçirilmiş oyuna Alesio bu “5-liy”i buraxıb: Rövşən Hüseynli, Rizvan Fərzəliyev, Vitali Borisov, Teles Thaqo və Sezar Conatan.
Rəqibin heyətində isə tanış sima var idi. İki ilə əvvəl “Marafon Futsal”ın formasını geyinmiş Jarikov bu dəfə milli komandasına kömək edirdi.
Oyun meydan sahiblərinin nisbi üstünlüyü ilə başlasa da, qapıya ilk təhlükəli zərbə 2-ci dəqiqədə Sezar Conatandan gəldi. İsa Atayevin zərbəsini isə qapıçı kornerə çıxardı. Əvəzində kornerdən oyuna daxil edilən topu Xətai qarşısıalınmaz zərbə ilə tora qovuşdurdu. Ancaq hesabdakı üstünlüyümüz cəmi 10 saniyə çəkdi. 7-ci dəqiqədə Rövşən Alenin hesabı xeyirlərinə dəyişməsinə imkan vermədi. Ancaq 11-ci dəqiqədə Anton Qusakovun zərbəsi dəqiq oldu və meydan sahibləri hesabı xeyrinə dəyişdi. Təxminən dəqiqəyarımdan sonra Yevdokimov komanda yoldaşının zərbəsinə bənzər dəqiq zənbə endirdi. Vitalinin topu rəqib müdafiəçinin başı üzərindən aşırıb fərqi azaltdığı epizodda isə yerli azarkeşlərin baxımlı qol vurduğuna görə futzalçımızı alqışladı.
İkinci hissəyə rəqib qolla başladı. 23-cü dəqiqədə fərq iki topa çatdı. Ardınca Xətainin zərbəsi dirəkdən geri döndü. Artıq əsəbləri tarıma çəkilən millinin üzvləri ardıcıl sarı vərəqələr almaqla yadda qaldı. Rəqib isə futzalçılarımızın təzyiqinə baxmayaraq, 31-ci dəqiqədə fərqi 3 topa çatdırdı. 35-ci dəqiqədə Vitalinin qüvvətli zərbəsini Yevqeni çətinliklə geri qaytardı. Qapıçını da meydan oyunçusu ilə əvəzləyən Alesio az qala 36-cı dəqiqədə meydan sahiblərinin boş qapını nişan almasına şahid olacaq. Son anda özünü topa çatdıran İsa hesabın dəyişməsinə imkan vermədi. Sona 40 saniyə qalmış millimiz fərqi 2 top endirdi. Ramiz Çövdarov oyunda son nöqtəni qoydu.