XƏBƏRLƏR
-
YL, XVI tur: U-19 - Record club 14:2 (fotoreportaj)
-
Azərbaycan kuboku, ¼ final: Oyun cədvəli
Azərbaycan kubokunun ¼ final mərhələsinin oyunları martın 28-də Bakı İdman Sarayında keçiriləcək.
-
Yüksək Liqa: Sarı vərəqələr
Yüksək Liqada XVI turdan sonra sarı vərəqələrin göstəricisi belədir:
-
PFL vahid lider oldu
Birinci Liqada XVII turun oyunları keçirilib. Mərkəzi qarşılaşmada liderlər üz-üzə gəlib. Gərgin keçən matçda hesabı “Bakı” açsa da, üstünlüyünü qoruya bilməyib. Əzmkarlıq nümayiş etdirən PFL inamlı qələbə qazanıb. Bu tura qədər zirvədə üçhakimiyyətlilik yaradan “Baku Fire-2” də məğlub olub. Qış fasiləsindən sonra daha inamlı təsir bağışlayan STAR kargo rəqibini minimalhesabla yenib. Ən çox qol sevincini “Şuşa” yaşayıb. “Xan-Lənkəran”la “Trabzon Azərbaycan” da turu 3 xalla başa vurub. “Dalğa” – “Metropoliten” görüşü isə baş tutmayıb. Buna səbəb nominal qonaqların təyin olunan vaxtda meydana çıxmamasıdır. Nəticə ilə bağlı AFFA İntizam Komitəsi qərar verəcək.
-
YL, XVI tur: Baku Fire - Neftçi İK 3:3 (qollar)
-
YL, XVI tur: Yasamal Bakı - Araz-Naxçıvan 0:16 (fotoreportaj)
-
YL, XVI tur: Baku Fire - Neftçi İK 3:3 (fotoreportaj)
-
Mərkəzi oyun: Hərəyə bir hissə
Bu gün Yüksək Liqada XVI turun oyunları keçirilib. Turun açılış matçında mükafatlara iddialı 2 komanda üz-üzə gəlib. CBC Sport-la canlı yayımlanan görüş ən azı gümüş medallara hansı komandanın yaxın olacağını müəyyənləşdirəcəkdi. Hər iki komanda matça tam heyətlə çıxmışdı.
Hesab 11-ci saniyədə açıldı. Soruş komandasına üstünlük qazandırdı. 1 dəqiqə sonra Bayatinin fərqlənməsinə Murad topu qapı xəttinin üzərindən geri qaytarmaqla imkan vermədi. Amma iranlı hücumçu 2-ci dəqiqənin tamamında məqsədinə nail oldu. Düzdü, Kənan Manafovla azı 2 dəfə “Baku Fire” qol vurmağa yaxın olsa da, Anar inamlı çıxışı ilə hesabın dəyişməsinə imkan vermədi. Fasiləyə qədər “Neftçi” Şojaei ilə fərqi 3 topa çatdırsa da, bombardirin qırmızı vərəqə almasına mane ola bilmədi. Hissənin başa çatmasına 11 saniyə qalmış Abgoun ikinci sarı – qırmızı vərəqə alaraq meydanı erkən tərk etdi.
İkinci hissədə ilk qol sevincini nominal meydan sahibləri yaşadı. Kənan adını tabloya yazdırdı. 3 dəqiqə sonra Tofiq fərqi minimuma endirdi. Hesaba tarazlıq gətirən qolu isə Oktay adına yazdırdı. Beləliklə mərkəzi oyunda komandalar hərəyə 1 xal qazandı.
“Araz-Naxçıvan” isə asan qələbə qazanmaqla zirvədəki yerini möhkəmlətməklə yanaşı, izləyiciləri ilə də xal fərqinin artırdı.
Ötən matça gəlməyən “Record club” isə bu dəfə U-19-la duelə çıxmışdı. Daha intizamlı olan yenitemələr mövsümdə ikinci qələbəsini qazanıb.