AZƏRBAYCAN KUBOKU
-
Finalçılar müəyyənləşib
Bu gün Azərbaycan kubokunun yarımfinal oyunları keçirilib. Mərhələnin ilk duelində Yüksək Liqanın iki komandası üz-üzə gəlib. Çempionatda gümüş medalları “Baku Fire”ə uduzan “Neftçi” finala yüksəlməklə bunu sığortalamağa çalışırdısa, nominal qonaqlar titulunu qorumaq iddiasında idi. Hər iki komanda meydana optimal heyətlə çıxmışdı.
İlk dəqiqələrdən qapıçını meydan oyunçusu ilə əvəzləyən “Baku Fire” 3-cü dəqiqədə bunun bəhrəsini gördü. Manafov komandasına hesabda üstünlük qazandırdı. Növbəti qol isə 10-cu dəqiqədə vuruldu. Bu dəfə Rüstəmli fərqi 2 top çatdırdı. Fasiləyə qədər Manafov dubl etmək şansını qaçırmadı.
İkinci hissəyə “Neftçi” qolla başlasa da, cəmi 40 saniyə sonra Manafov yenidən fərqi 3 topa çatdırdı.Ümumiyyətlə ikinci hissə daha məhsuldar keçdi. Komandalar hərəyə 4 top vurdu. Yekynda isə qələbəni bayram edən “Baku Fire” ilk finalçı oldu.
İkinci oyunda hesabı PFL açsa da, “Araz-Naxçıvan” fasiləyə qədər status-kvonu bərpa edib. Amma ikinci hissədə nominal qonaqlar oyunda ikinci dəfə hesabı xeyrinə dəyişib. Ancaq braziliyalılar ardıcıl qollar vurmaqla sürprizə imkan verməyib.
Beləliklə Azərbaycan kubokunun final matçında Yüksək Liqanın qızıl və gümüş medalçıları – “Araz-Naxçıvan” və “Baku Fire” qarşılaşacaq. Oyun mayın 7-də, saat 14:00-da Bakı İdman Sarayında keçiriləcək.
-
Bu gün Azərbaycan kuboku, ½ final
Bu gün Azərbaycan kubokunun yarımfinal oyunları keçiriləcək. Günün ilk oyunu CBC Sportla, ikinci matçı isə azfutzaltv YouTube platformasından canlı yayımlanacaq. Qalib komandalar mayın 7-də keçiriləcək final matçında üz-üzə gələcəklər.
-
Yarımfinal oyunları canlı yayımlanacaq
Azərbaycan kubokunun yarımfinal mərhələsinin hər iki oyunu canlı yayımlanacaq.
-
Azərbaycan kuboku ½ final: Oyun cədvəli
Azərbaycan kubokunun ½ final mərhələsinin oyun cədvəli açıqlanıb. Matçlar aprelin 25-də Bakı İdman Sarayında keçiriləcək.
-
AK, 1/4 final: PFL - Bakı 6:3 (fotoreportaj)
-
AK, 1/4 final: Baku Fire - U-19 10:3 (fotoreportaj)
-
AK, 1/4 final: Neftçi İK - Yasamal Bakı 6:4 (fotoreportaj)
-
Yarımfinalçılar müəyyənləşib
Bu gün Azərbaycan kubokunun ¼ final mərhələsinin oyunları keçirilib. İlk matçda Yüksək Liqanın iki iştirakçısı üz-üzə gəlib. Fasiləyə qədər 2 qol vuran ötənilki kubok görüşünün finalçısı ikinci hissədə müqavimətlə üzləşib. Daha doğrusu, tərəflər eynisayda qol vursa da, ilk yarıda “Neftçi”nin vurduğu qollar mərhələ adlamaq üçün yetərli olub. Günün ikinci oyununda “Baku Fire” böyükhesablı qələbəyə sevinib. Çempionatda rəqib tanımayan “Araz-Naxçıvan” kubok matçında bir qədər əziyyət çəkməli oldu. Fasiləyə məğlub yollanan “ağ-qırmızılar”ın baş məşqçisi Vitali Borisov ikinci hissədə legionerləri “döyüş”ə qoşmalı oldu. Onların meydana atılması duelin taleyini həll etdi. Birinci Liqanın iki liderinin görüşü isə daha gərgin keçdi. Bir neçə gün əvvəl çempionatda olduğu kimi, bu dəfə də qələbəni PFL aktivinə yazdırdı və yarımfinala yüksəldi.