AZƏRBAYCAN KUBOKU
-
AK, 1/8 final: Fotoreportaj-2
-
AK, 1/8 final: Fotoreportaj-1
-
¼ finalçılar müəyyənləşdi
Bu gün keçirilən 4 oyunla Azərbaycan kubokunun 1/8 final mərhələsinə yekun vurulub. “Araz-Naxçıvan”ın asan qələbə qazanıb. “Dalğa” isə Yüksək Liqa iştirakçısına müqavimət göstərməyə çalışıb. Ən gərgin oyun “Dəstə Ordubad” – U-19 arasında baş tutub. Birinci Liqa komandası 2 dəfə hesabda önə keçsə də, üstünlüyünü qoruya bilməyib. Matçın gərginliyi vərəqələrin çoxluğuna da sirayət edib. Belə ki, 4 futzalçıya qırmızı vərəqə göstərilib. “Baku Fire-2” də növbəti mərhələyə yüksələnlər sırasında yer alıb.
-
AK, 1/8: 4 oyun keçirilib
Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyunlarına start verilib. Bu gün 4 görüş baş tutub. Ən məhsuldar qələbəni PFL qazanıb. Ümumiyyətlə, PFL, Yasamal Bakı, Neftçi İK və Bakı ¼ finala vəsiqə qazanıb. Mərhələnin digər 4 oyunu sabah – fevralın 11-də Olimpik Starda keçiriləcək.
-
Bu gün AK, 1/8 final
Bu gün Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyunları keciriləcək.
-
AK, 1/8 final: Oyun cədvəli
Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyun cədvəli açıqlanıb. Əvvəlcədən də xəbər verdiyimiz kimi, oyunlar fevralın 10-da və 11-də Olimpik Starda keçiriləcək.
-
Azərbaycan kubokunun püşkü atılıb
Bu gün Bakı İdman Sarayında Azərbaycan kubokunun 1/8 final mərhələsinin püşkü atılıb. Yüklsək Liqanın 6, Birinci Liqanın 10 komandasının mübarizə aparacağı yarışda qalib komanda bir oyunda müəyyənləşəcək. Əgər əsas vaxt heç-heçə başa çatarsa, komandalar hər biri 5 dəqiqədən ibarət iki hissədə oyunu davam etdirəcək. Bu dəfə də üstünlük əldə olunmasa, penaltilər seriyasına yer veriləcək. Hər komanda 5 penalti vurmaq imkanı qazanacaq. Bu mərhələnin oyunları fevralın 10-da və 11-də, final oyunu isə mayın 7-də keçiriləcək.
-
Azərbaycan kubokunun püşkü atılacaq
Yanvarın 17-də Azərbaycan kubokunun 2023-2024-cü il mövsümünün püşkü (“kor püşk”) atılacaq. Püşkatma mərasimi Bakı İdman Sarayında, saat 12:00-da başlayacaq. Tədbirə KİV nümayəndələri dəvətlidir.