AZƏRBAYCAN KUBOKU
-
“Baku Fire” 11-ci komanda oldu
Mayın 24-də futzal üzrə Azərbaycan kubokunda 2022/2023-cü il mövsümünə yekun vurulub. Qalib adı uğrunda Yüksək Liqanın gümüş və bürünc medalçıları - “Neftçi” İK və “Baku Fire” komandaları qarşılaşıb.
Ümumilikdə indiyə qədər 10 komanda yarışın qalibi olmuşdusa, bu rəqəm böyüyüərək 11-ə çatıb. Müxtəlif adlarla çıxış edən “Neftçi” hamıdan çox – 7 dəfə (1994/95, 1995/96, 2009/10, 2012/13, 2013/14, 2016/17, 2021/22) kuboku başı üzərinə qaldırıb. “Araz-Naxçıvan” 5 dəfə (2004/05, 2005/06, 2006/07, 2007/08, 2008/09) bu mükafata sahib olub.
Digər kubok sahiblərindən EKOL 4 (2010/11, 2011/12, 2015/16, 2018/19), “Avtomobilçi” (1996/97, 1997/98), “Azərneftyanacaq” (1999/00, 2000/01) və “Gömrükçü” (2001/02, 2002/03) hərəyə 2 dəfə kubokun qalibi adına yiyələnib. Dörd komanda isə bir dəfə belə uğura nail olub. “Nabspor” 1998/99, “Turan AİR” 2003/04, “Fənər” FK 2014/15, “Marafon Futsal” 2017/18 və “Baku Fire” 2022-23-cü il mövsümündə kuboku qazanıb. Ölkə kubokunun 2019/20-ci il mövsümün koronavirus pandemiyası ilə əlaqədar yarımçıq dayandırılıb, 2020/21-ci il mövsümü isə analoji səbəbdən ümumiyyətlə keçirilməyib.
-
AK, Final: Neftçi İK - Baku Fire (fotoreportaj)
-
AK, Final: Neftçi İK - Baku Fire 0:5 (video)
-
Mükafatlandırma mərasimi keçirilib (fotolar)
“Neftçi” İK – “Baku Fire” arasında keçirilən final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib.
-
Azərbaycan kubokunun yeni sahibi: Baku Fire!
Bu gün futzal üzrə 2022-2023-cü il mövsümünün son oyunu keçirilib. Azərbaycan kubokunun sahibini müəyyənləşdirən matçda Yüksək Liqanın gümüş və bürünc medalçıları - “Neftçi” İK və “Baku Fire” qarşılaşıb. “Neftçi” İK həm də Azərbaycan kubokunun ötənilki sahibidir.
-
27-ci kuboku kim qazanacaq?
Mayın 24-də futzal üzrə Azərbaycan kubokunda 2022/2023-cü il mövsümünə yekun vurulub. Qalib adı uğrunda Yüksək Liqanın gümüş və bürünc medalçıları - “Neftçi” İK və “Baku Fire” komandaları qarşılaşacaq.
-
Mövsümün son təyinatları
Azərbaycan kubokunun final oyununa təyinatlar açıqlanıb. CBC Sportla canlı yayımlanacaq oyunu FİFA hakimləri idarə edəcək.
-
AK, Final: Neftçi İK - Baku Fire
Azərbaycan kubokunun final oyunu mayın 24-də keçiriləcək. Bakı İdman Sarayında saat 14:00-da strat götürəcək görüşdə “Neftçi” İK və “Baku Fire" qarşılaşacaq. Oyun CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq.