AZƏRBAYCAN KUBOKU
-
AK: 1/16 final mərhələsinin oyunları keçirilib
Azərbaycan kubokunun 1/16 final mərhələsinin oyunları keçirilib. Bu gün keçirilən ilk oyundan əvvəl Xocalı soyqırımı zamanı dünyasını dəyişmiş insanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Üç gün ərzində davam edən bu mərhələnin Alyans Qrup – Rəvan matçı baş tutmayıb. Buna səbəb “Alyans Qrup”un təyin olunan vaxtda meydana çıxmamasıdır. Oyunun yekun nəticəsi barədə AFFA-nın İntizam Komitəsi qərar verəcək. Ümumi mənzərəni liqalar üzrə dəyərləndirsək, üstünlük İkinci Liqa təmsilçilərindədir. Belə ki, keçirilmiş 9 oyundan 5-də Birinci, 4-də isə İkinci Liqa komandaları üstünlük qazanıb. Diqqətçəkən məqam U-17-nin cari mövsümdə ilk qələbəsini məhz ölkə kuboku uğrunda oyunda qazanmasıdır. Digər məqam isə “Baku Fire” klubunun hər üç liqadakı komandalarının növbəti mərhələdə iştirak etməsi olacaq.
1/8 finala vəsiqə qazanmış komandaların siyahısını diqqətinizə çatdırırıq: Baku Fire-3, U-17, MUM, Flaqman, Advokat, Şamaxı, Dalğa, ADBTİA, Baku Fire-2. Yüksək Liqa iştirakçıları olan Araz-Naxçıvan, Baku Fire, Neftçi İK, Record club, Alyans və U-19 da bu mərhələdən mübarizəyə qoşulacaqlar.
Qeyd: İntizam Komitəsi Alyans Qrup-Rəvan oyunu ilə bağlı nəticəni elan etdikdən sonra qalib komanda da 1/8 final iştirakçılar sırasına əlavə olunacaq.
-
Azərbaycan kubokunun püşkü atılacaq
Azərbaycan kubokunun 2022-23-cü il mövsümünün 1/16 final mərhələsinin püşkü atılacaq. Püşkatma mərasimi fevralın 9-da, saat 12:30-da Bakı İdman Sarayında keçiriləcək. Bu mərhələdə Birinci və İkinci liqalarda çıxış edən komandalar mübarizə aparacaq.
-
Ölkə kubokunun indiyə qədərki qalibləri
Mayın 24-də futzal üzrə Azərbaycan kubokunda 2021/2022-ci il mövsümünə yekun vurulub. Qalib adı uğrunda Yüksək Liqanın bürünc medalçısı “Neftçi” İK və Birinci Liqa təmsilçisi “Alyans Qrup” qarşılaşıb. Rəqibini 6:2 hesabı ilə məğlub edən Yüksək Liqa təmsilçisi növbəti dəfə ölkə kubokunu başı üzərinə qaldırıb.
-
Neftçi İK - Alyans Qrup: Video
-
Ölkə kuboku, mükafatlandırma (fotoreportaj)
-
Final: Neftçi İK - Alyans Qrup (fotoreportaj)
-
“Neftçi” İK kubokun qalibi oldu
Bu gün Badamlı Azərbaycan kubokunun final oyunu keçirilib. Həlledici matçda Yüksək Liqanın bürünc mukafatçısı “Neftçi” İK və Birinci Liqanı 4-cü pillədə başa vuran “Alyans Qrup” komandaları qarşılaşıb. Əvvəlcədən də xəbər verdiyimiz kimi, hər iki komandanın heyətində cəzalı futzalçı vardı. “Neftçi” İK-dan Nurlan Mehdizadə görüşü kənardan izləyibsə, “Alyans Qrup”dan komandanı finala daşıyan qolun müəllifi Elçin Zeynalov qırmızı vərəqə cəzalısı idı. Əvəzində Birinci Liqa təmsilçisinə Aqşin Muxtaroğlu kömək edirdi.
-
“Superliqada sözümü deməmişəm”
Karyerasını Rusiyanın “Torpedo” komandasında davam etdirən Azərbaycan milli komandasının üzvü Rövşən Hüseynlinin azfutzal.az-a müsahibəsi