AVROPA ÇEMPİONATI
-
Millimiz A səbətində
Xəbər verdiyimiz kimi, sentyabrın 2-də, Bakı vaxtı ilə saat 15:15-də UEFA-nın İsveçrənin Nyon şəhərindəki qərargahında Avro-2022-nin seçmə qrup mərhələsinin püşka atılacaq. Püşkdən əvvəl qitənin ali futbol qurumu milli komandaları reytinq cədvəlinə uyğun olaraq səbətlərə bölüb. Millimiz A səbətində yer alıb. Bu isə o deməkdir ki, həmin səbətdə yer alan komandalar qrup mərhələsində rəqib olmayacaqlar. Ümumiyyətlə, A, B, C qruplarının hər birində 8 komanda yer alıb. Norveç D səbətindədir. İlkin mərhələdən pley-off oyunlarına vəsiqə qazanan komandalar isə E səbətində cəmləşiblər.
-
Püşkatma mərasiminin tarixi dəyişdirilib
COVİD-19 virusunun yayılması və pandemiyaya çevrilməsi ilə əlaqədar olaraq UEFA futzal üzrə AVRO-2022-nin püşkatma mərasiminin tarixini də dəyişib. Tədbir əvvəlcədən planlaşdırıldığı kimi mayın 14-də deyil, iyulun 7-də təşkil olunacaq.
-
AÇ-2022-yə record iştirakçı ilə
Noyabrın 7-də, saat 16:30-da İsveçrənin Nyon şəhərində AÇ-2022-nin püşkatma mərasimi keçiriləcək. Bu dəfə rekord sayda iştirakçı ilə mübarizəyə start veriləcək. Belə ki, 50 ölkənin milli assosiasiyası yarışa qatılmaqla bağlı müraciət edib. Bu iştirakçılardan 33-çü ilkin mərhələnin oyunlarında iştirak edəcəklər. DÇ-2020-nin elit-raundunda iştirak edən 16 komanda – Azərbaycan, Belarus, Xorvatiya, Çexiya, Finlandiya, Fransa, İtaliya, Qazaxıstan, Portuqaliya, Rumıniya, Rusiya, Serbiya, Slovakiya, Sloveniya, İspaniya və Ukrayna - qrup, AÇ-2022-yə evsahibliyi edəcək Niderland isə final mərhələsində mübarizəyə qoşulacaq.
Xəbər verdiyimiz kimi, AÇ-2022-nin seçmə oyunları yeni formatda keçiriləcək. İlkin mərhələdə (mini-turnir) 33 komanda 9 qrupa bölünəcək. Qruplardan 6-da 4, 3-də isə 3 iştirakçı olacaq. Gələn il yanvarın 29-dan fevralın 1-dək keçiriləcək matçlarda qaliblər qrup oyunlarına vəsiqə qazanacaq. İkinci pillənin sahibi olacaq 9 qrup ikincisi və ən yaxşı göstəriciyə malik 5 “üçüncü” pley-off oyunlarında iştirak edəcək. Pley-off oyunları ev və səfər prinsipi ilə keçiriləcək. Onu da qeyd edək ki, komandalar oktyabrın 28-də açıqlanmış reytinq cədvəlinə uyğun bölünüblər. Avstriya və Şimali İrlandiya debüt edəcək. Final mərhələsində isə ilk dəfə olaraq 16 komanda iştirak edəcək. Yeniliklərdən biri də millimizin də mübrizəyə başladığı ikinci qrup mərhələsinin oyunları ev-səfər prinsipi ilə keçiriləcək. 2021-ci ilin fevral, aprel və sentyabr aylarında komandalar hərəyə iki oyun keçirəcəklər. Bu mərhələdə hər qrupda 4 iştirakçı yer alacaq. İlkin mərhələnin səbətlərini diqqətinizə çatdırırıq:
-
AÇ-2022: Reqlament və təqvim
Xəbər verdiyimiz kimi, AÇ-2022 yeni formatda keçiriləcək. Belə ki, final mərhələsi Niderlandda təşkil olunacaq qitə birinciliyində ilk dəfə 16 komanda mübarizə aparacaq. Bəs “16-lıq” necə müəyyənləşəcək?
-
AÇ-2022-nin məkanı bilindi
-
İspaniya Avropa çempionu oldu
19 yaşadək futzalçılar arasında ilk dəfə təşkil edilən Avropa çempionatının qalibi İspaniya olub. Bu gün keçirilmiş final matçında Xorvatiya yığması ilə qarşılaşan ispanlar 6:1 hesabı ilə qələbə qazanıb.
-
Finalçılar müəyyənləşib
-
Namizədlərin sayı 3-ə enib
2022-ci ildə keçiriləcək Avropa çempionatının final oyununu keçirmək istəyən namizəd ölkələrin sayı 3-ə enib. Belə ki, UEFA Fransa, Niderland və Portuqaliyadan bu mötəbər turniri təşkil etməklə bağlı ətraflı təklif kitabı alıb. Bosniya və Herseqovina, Qazaxıstan, Litva və İsveçin namizədliyi dəstəklənməyib. Fransanın Lill və Orchies, Niderlandın Amsterdam və Groningen, Portuqaliyanın isə Lissabon və Porto şəhərləri qitə birinciliyinə evsahibliyi etmək iddiasındadır. Yekun qərar UEFA-nın İcraiyyə Komitəsinin sentyabrın 24-də Sloveniyanın Lyublyana şəhərində keçiriləcək iclasında qəbul ediləcək. İlk dəfə 16 komandanın iştirak edəcəyi final mərhələsi 2022-ci il yanvarın 19-dan fevralın 6-dək keçiriləcək.