AZE
ENG
AFF HAQQINDA
TARİX
RƏHBƏRLİK
NİZAMNAMƏ
XƏBƏRLƏR
DÜNYA ÇEMPİONATI
AVROPA ÇEMPİONATI
İntizam Komitəsi
U-19
UEFA ÇEMPİONLAR LİQASI
TƏDBİRLƏR
AFF
MİLLİ
AZƏRBAYCAN KUBOKU
LİQALAR
HAKİMLƏR
MÜSAHİBƏ
MİLLİ KOMANDALAR
A MİLLİ
MƏŞQÇİLƏR
OYUNÇULAR
OYUNLAR
AZƏRBAYCAN U-19
MƏŞQÇİLƏR
OYUNÇULAR
OYUNLAR
TURNİRLƏR
YÜKSƏK LİQA
BİRİNCİ LİQA
İKİNCİ LİQA
AZƏRBAYCAN KUBOKU
UEFA ÇEMPİONLAR LİQASI
ƏSASNAMƏ
OYUN QAYDALARI
KLUBLAR
ƏLAQƏ
ARXİV
AVROPA ÇEMPİONATI
“Bu oyunda qələbəyə layiq idik”
Bu gün AVRO-2026-nın əsas mərhələsi çərçivəsində ilk oyununu keçirən Azərbaycan millisi İsveçlə heç-heçə edib. Oyundan sonra millimizin baş məşqçisi Vitali Borisov jurnalistlərin suallarını cavablandırıb:
Millimiz heç-heçə ilə başladı
Bu gün AVRO-2026-nın əsas mərhələsi çərçivəsində Azərbaycan millisi ilk oyununu keçirib. Komandamız Bakı idman Sarayında İsveçlə qarşılaşıb. Oyuna fəal başlayan millimiz 2-ci dəqiqədə hesabı açıb. Oktay Rüstəmli rəqib torunu silkələyib. Fasiləyə qədər skandinavlar tablodakı rəqəmlərə tarazlıq gətirdi. Elə komandalar fasiləyə sülhlə yollandı. İkinci hissəyə də millimiz fəal başladı. Bu dəfə Xəzər Ağalızadə fərqlənməklə komandamıza yenidən üstünlük qazandırdı. 25-ci dəqiqədə isə Tofiq Mikayılovun müdafiənin arxasına ötürməsini Emil Həsənzadə əla ram edib çərçivəyə istiqamətləndirsə də, yolüstü qapıçının toxunduğu “yuvarlaq meşin” dirəyə dəyib geri qayıtdı. 27-ci dəqiqədə Oktayın dubl etməsi üçün azacıq dəqiqlik çatmadı. Əvəzində 34 və 38-ci dəqiqələrdə qonaqlar ardıcıl 2 qol vurdu və matçda ilk dəfə hesabda önə keçdi. Sona 2 saniyə qalmış Oktay Rüstəmli hesabı bərabərləşdirməklə komandamıza ilk xalı qazandırdı.
Azərbaycan – İsveç: Heyətlər
Bu gün AVRO-2026-nın əsas mərhələsi çərçivəsində bu gün V qrupda keçiriləcək Azərbaycan – İsveç oyunu üçün komandaların heyətləri:
Bu gün saat 20:00: Azərbaycan - İsveç
Bu gün AVRO-2026-nın əsas mərhələsi çərçivəsində Azərbaycan millisi ilk oyununu keçirəcək. Komandamız Bakı İdman Sarayında İsveç yığması ilə qarşılaşacaq. Saat 20:00-da başlayacaq görüş CBC Sport-la canlı yayımlanacaq. Azarkeşlərin zala girişi biletsiz olacaq.
Millinin rəqibləri qarşılaşıb
AVRO-2026-nın əsas mərhələsi çərçivəsində millimizin yer aldığı V qrupda dünən ilk oyun keçirilib. İsveç – Yunanıstan matçında qonaqlar 4:1 hesablı qələbə qazanıb.
Millinin oyunu Qazaxıstandan olan hakimlərə tapşırılıb
V qrupun oyun təqvimi müəyyənləşib
AVRO – 2026-nın əsas mərhələsinin V qrupunun təqvimi müəyyənləşib. Azərbaycan millisi mübarizəyə dekabrda doğma meydanda başlayacaq. Komandamız son görüşünü də paytaxtda keçirəcək. Reqlamentə əsasən, qrup qalibləri birbaşa final mərhələsinə vəsiqə qazanacaq. Ən yaxşı göstəriciyə malik qrup ikincilərindən 8-i isə pley-off mərhələsində üz-üzə gələcək. Qalib gələn 4 milli final mərhələsində oynamaq hüququ qazanacaq. Final mərhələsi 2026-ci ilin yanvar-fevral aylarında Latviya və Litvada təşkil olunacaq.
Rəqiblərimizlə görüşlərin statistikası
Xəbər verdiyimiz kimi, mayın 30-da AVRO-2026-nın püşkü atıldı. Milli komandamız seçmə mərhələdə Xorvatiya, İsveç və Yunanıstanla üz-üzə gələcək. Bəs bu komandalarla indiyə qədər Avropa və dünya çempionatlarının seçmə mərhələsində qarşılaşmışıqmı? Statistika göstəriri ki, Xorvatiya yığması komandamız üçün arzuolunmaz rəqiblərdəndir. Bu komanda ilə indiyə qədər 5 rəsmi oyunda üz-üzə gəlmişik. Cəmi bir matçda – DÇ-2016-nın seçmə mərhələsində 4:4 hesablı heç-heçəyə nail olmuşuq. Qalan matçlarda rəqib qələbə qazanıb. Yunanıstanla da 5 dəfə görüşmüşük və bütün duellərdən qalib ayrılmışıq. İsveçlə isə DÇ-2016-nın seçmə oyununda üz-üzə gəlmişik. Xorvatiyada keçirilən oyunda komandamız böyükhesablı qələbə qazanıb. Rəqiblərimizlə keçirilən matçların nəticələrini diqqətinizə çatdırırıq:
‹
1
2
3
4
5
6
7
8
9
10
11
›
SONUNCU