AVROPA ÇEMPİONATI
-
Millinin məşqi, Emin Kürdovun müsahibəsi (video)
Emin Kürdov: "İspaniya ilə oyuna hazırlığımız davam edir. İlk oyunda Gürcüstan yığmasına uduzduq. Təbii ki, belə olmasını istəməzdik. Bərabər səviyyədə keçən bir oyun idi. Sonda penaltidən buraxdığımız qolla məğlub olduq. Artıq bu oyunu yaddan çıxarmağa çalışırıq. Qarşıda İspaniya millisi ilə oyun var. Bu komanda nəinki bizim qrupun, hətta turnirin əsas favoriti hesab olunur. Bu rəqiblə oyuna ciddi hazırlaşırıq. Asan təslim olmayacağıq, öz oyunumuzu oynayacağıq. Hələ qrupdan çıxmaq şansımız var. Müharibə davam edir. Sonadək mübarizə aparacağıq. Azərbaycan xalqını, millətimizi sevindirməyə çalışacağıq".
-
Gürcüstan - Azərbaycan: Qollar (video)
-
“Sona qədər mübarizə aparacağıq”
Avropa çempionatının final mərhələsində bu gün ilk oyununu keçirən Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silvanın mətbuat konfransında səsləndirdiyi fikirlər:
-
Gürcüstan - Azərbaycan: Fotoreportaj
-
Millimiz ilk oyununu keçirib
Bu gün Avropa çempionatının final mərhələsində Azərbaycan millisi ilk oyununu keçirib. D qrupunun açılış qarşılaşmasında komandamız Gürcüstan yığması ilə üz-üzə gəlib. Bir gün əvvəl COVİD-19-la bağlı verdiyi testi pozitiv çıxan Rövşən Hüseynli və Qallo bu dəfə komandadan kənarda qalmışdı. Əlbəttə, vacib oyun ərəfəsində düşərgədə bu cür itkilərin baş verməsi futzalçılara psixoloji baxımdan təsir etməyə bilməzdi.
Oyuna gəldikdə, hesabı Vilela açdı. Fineonun ötürməsini forvard tora qovuşdurdu. O, 1 dəqiqə sonra cərimə zərbəsindən birbaşa qapıya yol tapmaqla üstünlüyümüzü iki topa çatdırdı. Elisandro 10-cu dəqiqədə fərqi minimuma endirdi. Bu, həm də birinci hissədə vurulan sonuncu qol oldu.
26-cı dəqiqədə Fineonun zərbəsini qapıçı son anda kənarlaşdıra bildi. Bir dəqiqə sonra topu uzaqlaşdıran zaman komandamız səhvə yol verdi ki, rəqib də bundan maksimum yararlandı və hesabı bərabərləşdirdi. Debütanlar oyunda ilk dəfə 32-ci dəqiqədə üstünlük qazandı. Penaltini Thales yerinə yetirdi.
Qeyd edək ki, millimiz 6-cı, Gürcüstan yığması isə ilk dəfə final mərhələsində iştirak edir.
-
Gürcüstan – Azərbaycan: Heyətlər
Avropa çempionatının final mərhələsi çərçivəsində bu gün keçiriləcək Gürcütsan – Azərbaycan oyunu üçün komandaların heyətləri:
-
Bu gün saat 17:30: Gürcüstan – Azərbaycan
Bu gün Avropa çempionatının final mərhələsində Azərbaycan millisi ilk oyununu keçirəcək. D qrupunun açılış qarşılaşmasında komandamız Gürcüstan yığması ilə üz-üzə gələcək. Matç saat 17:30-da başlayacaq və İTV vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, millimiz 6-cı, Gürcüstan yığması isə ilk dəfə final mərhələsində iştirak edir.
-
Mətbuat konfransı keçirilib
Bu gün Avropa çempionatının final mərhələsinin D qrupunun oyunlarının keçiriləcəyi “Martini Plaza”da millimizin baş məşqçisi Joze Alesio Da Silvanın və qapıçı Emin Kürdovun iştirakı ilə mətbuat konfransı keçirilib.