AVROPA ÇEMPİONATI
-
Millinin rəqibləri bu gün müəyyənləşəcək
Bu gün gələn il yanvarın 19-dan fevralın 6-dək Niderlandda keçiriləcək Avropa çempionatının final mərhələsinin püşkü atılacaq. Həlledici raund ilk dəfə olaraq 16 komandanın iştirakı ilə keçiriləcək. Zeist-də təşkil olunacaq püşkatma yerli vaxtla saat 18:00-da start götürəcək. Meydan sahibi Niderlanddan başqa, Azərbaycan, Bosniya və Herseqovina, Xorvatiya, Finlandiya, Gürcüstan, İtaliya, Qazaxıstan, Polşa, Portuqaliya, Rusiya, Slovakiya, Sloveniya, İspaniya və Ukrayna milliləri də final mərhələsində iştirak edəcək. Sonuncu vəsiqənin sahibi isə noyabrda Belarus və Serbiya yığmaları arasında keçiriləcək pley-off oyunlarından sonra müəyyənləşəcək.
Artıq komandalar səbətlərə bölünüb. Qruplara hər səbətdən bir komanda düşəcək. Millimiz Xorvatiya, İtaliya və Serbiya-Belarus cütünün qalibi ilə bir qrupda yer almayacaq. Meydan sahibi Niderland isə püşk atılan zaman avtomatik olaraq A qrupunda 1-ci pillədə qərarlaşacaq.
Püşkatmada Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva və komandanın meneceri Fərrux Hüseynzadə də iştirak edəcək.
-
AÇ: Hansı komanda 11 finalın 9-da iştirak edib?
-
AÇ: Final mərhələsinin oyun günləri
Gələn il yanvarın 19-dan fevralın 6-dək Niderlandda keçiriləcək və Azərbaycan millisinin də iştirak edəcəyi Avropa çempionatının final mərhələsinin oyun günləri açıqlanıb. Əvvəlki illərdən fərqli olaraq bu dəfə qrup mərhələsinin oyunları 11 gün davam edəcək. Buna səbəb final mərhələsində iştirak edəcək komandaların sayının 12-dən 16-ya çatdırılmasıdır. A və C qrupunun oyunları Amsterdamda, B və D qrupunun qarşılaşmaları isə Qroningendə keçiriləcək. ¼, ½ final, eləcə də 3-cü yer və final oyunları Amsterdamda təşkil olunacaq. Onu da qeyd edək ki, final mərhələsinin püşkatma mərasiminin tarixi hələ dəqiqləşməyib. Çox güman bu tədbir noyabrda keçiriləcək pley-off oyunlarından sonra baş tutacaq.
-
Qrup liderləri arasında ən zəifi Portuqaliya oldu
Avropa çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanmış 8 qrup liderindən tən yarısı qrup mərhələsini maksimum nəticə ilə başa vurub. Belə ki, Xorvatiya, Rusiya, İspaniya və Qazaxıstan 6 oyunun hamısında qələbə qazanıb. Nəticədə onlar 18 xalla liderliyi təmin edib. Millimiz isə cəmi bir qarşılaşmada xal itirib. Söhbət Slovakiya ilə səfər görüşündən gedir. Bu qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Yekunda komandamız 16 xal toplayıb. Digər 3 işrirakçıdan ikisinin qazancı 15, birinin isə 14 xal olub. Bosniya Herseqovina və İtaliya hərəyə bir matçda məğlub olublar. Buna görə də onların aktivində 15 xal olub. Portuqaliya heç bir qarşılaşmada məğlub olmasa da, 2 dueldə xalları yarı bolüb. Buna görə də qrup mərhələsini lider kimi başa vuran komandalar arasında ən az xalı Avropa çempionatının son qalibi toplayıb.
-
Qrup mərhələsinin hesabatı
Xəbər verdiyimiz kimi, final mərhələsi gələn il yanvarın 19-dan fevralın 6-dək Niderlandda keçiriləcək Avropa çempionatının 16-ı iştirakçısından 15-i müəyyənləşib. Seçmə mərhələnin yekununa görə, Belarus və Serbiya yığmaları son iştirakçının kimliyini noyabrın 14-də və 17-də öz aralarında keçirəcəkləri pley-off oyunlarında müəyyənləşdirəcək. Bəs vəsiqəni təmin etmiş 15 milli komanda haqda nə bilirik? UEFA seçmə qrup mərhələsi ilə bağlı hesabat hazırlayıb.
-
Azərbaycan - Yunanıstan: Təhlükəli epizodlar və qollar (Video)
-
Final mərhələsində hansı komandalar iştirak edəcək?
Bu gün keçirilən oyunlarla Avropa çempionatının seçmə mərhələsinə yekun vurulub. Qitə birinciliyinin final mərhələsində iştirak edəcək 15 iştirakçının adı müəyyənləşib. Belarus və Serbiya isə 14-17 noyabr tarixlərində pley-off oyunları keçirəcək. Qalib gələcək milli gücünü final mərhələsində sınayacaq.
-
Azərbaycan - Yunanıstan: Fotoreportaj