...

Hikmət Qafarlıya tarixi təyinat


FİFA referisi Hikmət Qafarlı 2026-cı ildə Latviya, Litva və Sloveniyanın birgə ev sahibliyi ilə keçiriləcək Avropa çempionatı final mərhələsində fəaliyyət göstərəcək 32 hakimdən biri olacaq. Həmyerlimiz turnir zamanı Latviya və Litvada baş tutacaq matçları idarə edəcək. Beləliklə, tarixdə ilk dəfə azərbaycanlı futzal hakimi Avropa çempionatının final mərhələsinə təyinat alıb.

Qeyd edək ki, qitə birinciliyinin oyunları 2026-cı il yanvarın 21-dən fevralın 7-dək keçiriləcək.