24.02.2026-cı il tarixində keçirilən Şuşa – Araz Naxçıvan oyununda, Araz Naxçıvan komandasının qapıçısı Emin Kürdov oyunun 30-cu dəqiqəsində rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmayacaq.
24.02.2026-cı il tarixində keçirilən Lənkəran – Baku Fire oyununda, Lənkəran komandasının oyunçusu Qurban Orucov oyunun 11-ci dəqiqəsində təcavüzkar davranış səbəbindən birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmayacaq.
24.02.2026-cı il tarixində keçirilən Lənkəran – Baku Fire oyununda,Baku Fire komandasının oyunçusu Nüsrət Fərzəli oyunun 11-ci dəqiqəsində qeyri-idman hərəkəti səbəbindən ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmayacaq.