Mayın 18-də keçiriləcək “Neftçi” İK – “Araz-Naxçıvan” oyunu ilə 32-ci Azərbaycan çempionatına yekun vurulacaq. Bəs bu dəfə çempionluq kubokunu hansı komanda başı üzərinə qaldıracaq? “Neftçi” İK ilk sevincini, yoxsa “Araz-Naxçıvan” sayca 20-ci çempionluğunu qeyd edəcək? 1993-cü ildən başlayaraq hər il təşkil edilən Azərbaycan çempionatı yalnız 2020-2021-ci illər mövsümündə pandemiya ilə əlaqədar keçirilməyib. Həmin il İcraiyyə Komitəsinin qərarı ilə bir il əvvəlki çempion – “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edib. Ümumiyyətlə, “Araz-Naxçıvan” 19 dəfə hamıdan güclü olub. Naxçıvan təmsilçisindən sonra iki komanda 3 dəfə ölkə çempionu titulunu qazanıb. Söhbət “Avtomobilçi” və “Turan AİR”dən gedir. “Azərneftyanacaq” 2 dəfə bu sevinci yaşayıb. İlk çempion isə “Nicat” olub. “Azadə” və “Tribut” da hərəyə bir dəfə çempion olublar. “Araz-Naxçıvan” ardıcıl 10 dəfə çempion olduqdan sonra seriyanı “Khazar Islands” qırıb.
|
Mövsüm |
I yer |
II yer |
III yer |
|
1993 |
Nicat (Bakı) |
Avtomobilçi (Bakı) |
İnşaatçı (Sabirabad) |
|
1994/95 |
Azadə |
Avtomobilçi |
Neftçi |
|
1995/96 |
Avtomobilçi |
Neftçi |
Azərneftyanacaq |
|
1996/97 |
Avtomobilçi |
Neftçi |
Azərneftyanacaq |
|
1997/98 |
Avtomobilçi |
Nabspor |
Avanqard |
|
1998/99 |
Azərneftyanacaq |
Avtomobilçi |
Nabspor |
|
1999/00 |
Azərneftyanacaq |
Turan AİR |
Anqlo Oil |
|
2000/01 |
Turan AİR |
Azərneftyanacaq |
Anqlo Oil |
|
2001/02 |
Turan AİR |
Tribut |
Viləş |
|
2002/03 |
Tribut |
Gömrükçü |
Turan AİR |
|
2003/04 |
Turan AİR |
Qafqaz Universiteti |
Gömrükçü |
|
2004/05 |
Araz-Naxçıvan |
Refarma |
Asfarma |
|
2005/06 |
Araz-Naxçıvan |
Azfen |
Asfarma |
|
2006/07 |
Araz-Naxçıvan |
Miri-Qrand |
STAR GSM |
|
2007/08 |
Araz-Naxçıvan |
Qarabağ veteranları |
Sumqayıt |
|
2008/09 |
Araz-Naxçıvan |
Neftçi İSM |
Azmetko |
|
2009/10 |
Araz-Naxçıvan |
Neftçi İSM |
EKOL |
|
2010/11 |
Araz-Naxçıvan |
Neftçi İSM |
EKOL |
|
2011/12 |
Araz-Naxçıvan |
Neftçi İSM |
EKOL |
|
2012/13 |
Araz-Naxçıvan |
EKOL |
Neftçi İSM |
|
2013/14 |
Araz-Naxçıvan |
Neftçi İSM |
Fener |
|
2014/15 |
Khazar İslands |
Fener |
Araz-Naxçıvan |
|
2015/16 |
Araz-Naxçıvan |
EKOL |
Neftçi İK |
|
2016/17 |
Araz-Naxçıvan |
Neftçi İK |
EKOL |
|
2017/18 |
Araz-Naxçıvan |
Marafon Futsal |
EKOL |
|
2018/19 |
Araz-Naxçıvan |
Xəzər Cənub |
EKOL |
|
2019/20 |
Araz-Naxçıvan |
Marafon Futsal |
EKOL |
|
2020/21 |
Pandemiya ilə əlaqədar çempionat keçirilməyib. İK-nın qərarı ilə ölkəmizi UEFA Çempionlar Liqasında Araz-Naxçıvan təmsil edib. |
|
|
|
2021/22 |
Araz-Naxçıvan |
EKOL |
Neftçi İK |
|
2022/23 |
Araz-Naxçıvan |
Neftçi İK |
Baku Fire |
|
2023/24 |
Araz-Naxçıvan |
Baku Fire |
Neftçi İK |
|
2024/25 |
Araz-Naxçıvan |
Baku Fire |
Neftçi İK |