Bu gün Yüksək Liqada 2025-2026-cı illər mövsümünün sonuncu oyunu keçirilib. Lider “Neftçi” ən yaxın izləyicisi “Araz-Naxçıvan”la qarşılaşıb. Mövsümün başa çatması ilə əlaqədar oyundan əvvəl Azərbaycanın dövlət himni səsləndirilib. Oyunda hesabı “ağ-qalar” açıb. Vinicius fərqlənib. Növbəti qol da liderin aktivinə yazılıb. Bu dəfə Peruzzo avtoqol müəllifi olub. Fasiləyə qədər “qırmızı-ağlar” 10 metrlik zərbəni dəqiq yerinə yetirmələ fərqi minimuma endirib. Qış fasiləsindən sonra ilk oyununa çıxan Luiggi Longo adını tabloya yazdırıb. İkinci hissədə də əsas hücum edən tərəf olan “Araz-Naxçıvan” 23-cü dəqiqədə status-kvonu bərpa edib. Bu dəfə Barbosa rəqib torunu silkələyib. Növbəti qolu da nominal qonaqlar vurdu. Alleks komandasına hesabda ilk dəfə üstünlük qazandırıb. 33-cü dəqiqədə “Araz-Naxçıvan” daha bir qol vurdu. Birinci hissədə avtoqol müəllifi olan Peruzzo bu dəfə fərqi 2 topa çatdırıb. 5 meydan oyunçusu ilə hücumlarını davam etdirən son çempion 38-ci dəqiqədə lazım olan qolu vurub. 30 saniyə sonra “Neftçi” meydanda azlıqda qalıb. Lukas ikinci sarı – qırmızı vərəqə alaraq meydanı erkən tərk edib. Yekunda 3 top fərqi ilə qələbə qazanan “Araz-Naxçıvan” “Neftçi” ilə xallarını bərabərləşdirməklə yanaşı, şəxsi oyunlarda üstünlük qazanaraq 20-ci dəfə Azərbaycan çempionu oldu.
Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Əvvəlcə oyunun hakimlərinə və hakim-inspektora diplomlar, mövsümün ən məhsuldar oyunçusu Allef Maiolliyə (Neftçi İK, 37 qol) isə xatirə hədiyyəsi təqdim olunub. Daha sonra meydana mükafatçı komandalar dəvət olunub. “Baku Fire”ə bürünc, “Neftçi”yə gümüş, “Araz-Naxçıvan”a qızıl və çempionluq kuboku təqdim olunub. Mükafatları Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Elşən Abbasov və AFFA-nın baş katibinin müavini Elçin Məmmədov təqdim ediblər.
Neftçi İK – Araz-Naxçıvan (2:1) 2:5
18 may. Bakı İdman Sarayı. Saat 19:00
Hakimlər: Knyaz Əmiraslanov, Əli Cəbrayılov, İmran Məhərrəmov
Ehtiyat hakim: Hidayət Feyzullayev
Hakim-inspektor: Elçin Səmədli
Qollar: Markus Vinicius, 6:26, Jean Peruzzo, 17:28 (ö/q) // Luiggi Longo, 18:29, 37:21, Teixeira Barbosa, 22:26, Alleks Rezende, 27:43, Peruzzo, 32:41
Sarı vərəqələr: Əjdər Əjdərov, 14:40, Lukas Ramos, 15:45, Fuad Rzayev (baş məşqçi), 19:29, Nihad İsmayılov, 31:06, Emil Həsənzadə, 39:03, Allef Maiolli, 39:32 // Filipe De Lima, 14:40, Teixeira Barbosa, 35:31, Emin Kürdov, 37:21
Qırmızı vərəqə: Lukas Ramos, 37:56 (ikinci sarı)
Neftçi İK
1. Kamran Hacıyev (q), 3. Markus Vinicius, 4. Fərid Atakişiyev, 12. Allef Maiolli, 97. Lukas Ramos, 16. Vladislav Reznov (q), 13. Əjdər Əjdərov (k), 7. Leonildo Rodriques, 8. İaqo Henrique, 9. Vahib Xocayev, 10. Nihad İsmayılov, 14. Emil Həsənzadə, 17. Qustavo Rodrigues, 19. Tofiq Əliyev
Baş məşqçi: Fuad Rzayev
Araz-Naxçıvan
1. Emin Kürdov (q, k), 9. Alleks Rezende, 15. Teixeira Barbosa, 21. Filipe De Lima, 49. Giovanny Valero, 12. Rövşən Hüseynli (q), 6. Mirzə Əmirov, 7. Amirhossein Rasouli, 8. Ülvi Əliyev, 10. Jean Peruzzo, 20. Ədalət Ələkbərov, 29. Luiggi Longo, 70. Jean Karlos, 99. Elan Delon
Baş məşqçi: Yevgeni Kukseviç