Azərbaycan kubokunun final oyununa təyinatlar açıqlanıb. Mövsümün yekun görüşünü beynəlxalq dərəcəli hakimlər idarə edəcək. Qarşılaşma CBC Sportla canlı yayımlanacaq. Bakı İdman Sarayında keçiriləcək görüş saat 16:00-da başlayacaq və zala giriş biletsiz olacaq.
Araz-Naxçıvan – Neftçi İK
21 may. Bakı İdman Sarayı. Saat 16:00
Hakimlər: Hikmət Qafarlı, Ramil Namazov, Hidayət Feyzullayev
Ehtiyat hakim: İmran Məhərrəmov
Hakim-inspektor: Əfqan Həmzəyev