AZE
ENG
AFF HAQQINDA
TARİX
RƏHBƏRLİK
NİZAMNAMƏ
XƏBƏRLƏR
DÜNYA ÇEMPİONATI
AVROPA ÇEMPİONATI
İntizam Komitəsi
U-19
UEFA ÇEMPİONLAR LİQASI
TƏDBİRLƏR
AFF
MİLLİ
AZƏRBAYCAN KUBOKU
LİQALAR
HAKİMLƏR
MÜSAHİBƏ
MİLLİ KOMANDALAR
A MİLLİ
MƏŞQÇİLƏR
OYUNÇULAR
OYUNLAR
AZƏRBAYCAN U-19
MƏŞQÇİLƏR
OYUNÇULAR
OYUNLAR
TURNİRLƏR
YÜKSƏK LİQA
BİRİNCİ LİQA
İKİNCİ LİQA
AZƏRBAYCAN KUBOKU
UEFA ÇEMPİONLAR LİQASI
ƏSASNAMƏ
OYUN QAYDALARI
KLUBLAR
ƏLAQƏ
ARXİV
LİQALAR
Baş məşqçi ilə yeni müqavilə
Futzal üzrə Yüksək Liqanın 19-cu dəfə qalibi olan “Araz-Naxçıvan” baş məşqçi Yevgeni Kukseviçlə müqavilənin müddətini uzadıb. Rusiyalı mütəxəssis daha 1 il Azərbaycan çempionunu çalışdıracaq.
YL, XX tur: Baku Fire - Neftçi İK 2:1 (fotoreportaj)
Yüksək Liqada mövsümün sonuncu oyunundan fotoreportajı diqqətinizə çatdırırıq:
Yüksək Liqada mövsümə yekun vurulub
Bu gün Yüksək Liqada XX turun oyunları keçirilib. Bununla da çempionatda 2024-25-ci illər mövsümünə yekun vurulub. Son turda ilk qələbəni “Şuşa” qazanıb. “Yasamal Bakı” isə mövsümü xal qazanmadan başa vurub. Günün ikinci oyununda çempionluğu bir tur əvvəldən təmin etmiş “Araz-Naxçıvan” gənclər millisinin üzvlərinin yer aldığı U-19-la qarşılaşıb. Bu oyun Amirhossein Rasouli üçün daha çox önəm kəsb edirdi. Belə ki, iranlı forvard bombardirlər yarışında önə keçmək üçün 10 qol vurmalı idi. Fasiləyə qədər rəqib qapısına 4 dəfə yol tapan Rasouli ikinci hissədə də 15 qol vurmağı bacardı. Yekunda “Baku Fire”dən İaqonu qabaqlaran forvard çempionatın bombardiri olub. CBC Sportla II Liqada çıxış edəcək komandanı müəyyənləşdirmək üçün pley-off oyunu yayımlandığına və matç əlavə vaxt getdiyinə görə, turun son oyunu - “Baku Fire” – “Neftçi” təyin olunan vaxtdan 20 dəqiqə gec başlayıb. Bu qarşılaşma gümüş və bürünc medalçının taleyinə aydınlıq gətirib. İkinci pillədə yer alan və rəqibindən 1 xal artıq toplayan “Baku Fire” üçün məğlub olmamaq yetərli idi. Nominal meydan sahibi görüşün çox hissəsini ənənəvi oyun üslubuna uyğun – qapıçını meydan oyunçusu ilə əvəzləməklə keçirib. Hesabı da “5-ci oyunçu” kimi meydana çıxan Nurlan Mehdizadə açıb. Fasiləyə 41 saniyə qalmış hesaba tarazlıq gətirilib. Vahib Xocayev fərqlənib. Oyunda növbəti dəfə hesab 39-cu dəqiqədə dəyişdi. Bu dəfə qapıçını meydan oyunçusu ilə əvəzləyən “Neftçi” topu qapısında gördü. Fərid Abbasov qələbə qolunu vurdu.
Oyun 25 dəqiqə gec başlayacaq
Yüksək Liqaya yekun vurulur
Bu gün Yüksək Liqada mövsümün sonuncu - XX turun oyunları keçiriləcək. Son matç CBC Sportla canlı yayımlanacaq və oyun başa çatdıqdan sonra mükafatlar təqdim olunacaq. Turun bütün qarşılaşmaları Bakı İdman Sarayında baş tutacaq.
Çempionatın son oyunu canlı yayımlanacaq
Yüksək Liqada 2024-2025-ci il mövsümünün son oyunu - Baku Fire – Neftçi İK görüşü CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq. Matç mayın 29-da, saat 18:15-də, Bakı İdman Sarayında keçiriləcək. Görüş başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçiriləcək.
YL, XIX tur: Neftçi İK - Araz-Naxçıvan 2:6 (fotoreportaj)
Yüksək Liqa, XX tur: Oyun cədvəli
Yüksək Liqada XX turun oyun cədvəli açıqlanıb. Mövsümün son matçları Bakı İdman Sarayında keçiriləcək. “Araz-Naxçıvan” çempionluğu təmin etsə də, gümüş və bürünc medalçının kimliyi son matçda bəlli olacaq. Baku Fire – Neftçi İK oyunundan sonra mükafatlandırma mərasimi keçiriləcək.
1
2
3
4
5
6
›
SONUNCU